Digər
İlham Əliyevə bir çox təbrik məktubu gəlib
Dünya ölkələrinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirlər.
Roma Papası Fransiskin təbrik məktubunda deyilir: "Hörmətli
cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü
münasibətilə Sizə və xalqınıza ən səmimi arzularımı çatdırmaqdan
məmnunluq duyuram.
Qoy, Tanrı xalqınıza sülh, firavanlıq və gözəl həyat bəxş etsin.
Ulu Tanrının nəzərləri xalqınızın, Sizin və hökumətinizin başı
üzərindən heç vaxt əskik olmasın".
XXX
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən: "Hörmətli
cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü
münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə
tərəqqi arzu etməkdən çox məmnunam.
Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətləri
ölkələrimizin tərəqqisi və sabitliyi naminə qarşılıqlı
maraqlarımıza əsaslanan Serbiya-Azərbaycan strateji əlaqələrinin
gələcəkdə də inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəkdir.
Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyini
dəstəklədiyinə görə Azərbaycan Respublikasına bir daha
minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin
ehtiramımı bildirirəm".
XXX
Norveçin Kralı V Haralddan: "Zati-aliləri, Azərbaycanın milli
bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik
edir, Zati-alinizə və Azərbaycan xalqına xoş arzularımı bildirir,
ölkənizə firavanlıq diləyirəm".
XXX
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan: "Hörmətli
İlham Heydər oğlu, Azərbaycanın milli bayramı - Respublika Günü
münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahələrdə qazanılan
sanballı uğurları, Sizin rəhbərliyinizlə həyata keçirilən, əsas
məqsədi ölkəni tərəqqi və firavanlıq yolu ilə inamla irəlilətmək,
milli dövlətçiliyin əsaslarını hərtərəfli möhkəmlətmək və
beynəlxalq aləmdə ölkənin nüfuzunu yüksəltmək olan genişmiqyaslı
dəyişiklikləri Özbəkistanda məmnuniyyətlə qeyd edirlər.
Mən qəti əminəm ki, xalqlarımız arasında çoxəsrlik müştərək tarixə
və mədəniyyətə əsaslanan dostluq və qarşılıqlı anlaşma əlaqələri,
beynəlxalq və regional xarakterli müxtəlif problemlərə dair siyasi
dialoqun yüksək səviyyəsi uzunmüddətli Özbəkistan-Azərbaycan
münasibətlərinin daha da inkişaf etməsi və genişlənməsi üçün
etibarlı zəmindir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə
möhkəm cansağlığı və məsul ali dövləti fəaliyyətinizdə hərtərəfli
uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq
arzulayıram".
XXX
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan:
"Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramı -
Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz
adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu gün Azərbaycan Respublikası inkişaf etməkdə olan müasir
dövlətdir. Bu, Sizin həyata keçirdiyiniz, ölkənin iqtisadi
qüdrətinin daha da möhkəmlənməsinə, dünya arenasında onun nüfuzunun
artırılmasına və vətəndaşların maddi rifahının yüksəldilməsinə
yönəlmiş fəaliyyət xəttinizin düzgünlüyünü əyani şəkildə təsdiq
edir.
Əminəm ki, Belarus-Azərbaycan müştərək layihələrinin uğurla həyata
keçirilməsi bütün sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha
da genişlənməsinə, qardaş xalqlarımız arasında ənənəvi dostluq
tellərinin möhkəmlənməsinə şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı,
xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan xalqına isə
Sizin müdrik rəhbərliyinizlə sülh və firavanlıq arzu edirəm".
XXX
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan: "Hörmətli
İlham Heydər oğlu, Azərbaycanın milli bayramı - Respublika Günü
münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Tacikistan
Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan səmimi
qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən çoxşaxəli
qarşılıqlı əlaqələrin səviyyəsini Tacikistanda yüksək
qiymətləndirirlər.
Biz bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq etmək və bu
istəyimizi müasir dövrün tələblərinə cavab verən yeni məzmunla
zənginləşdirmək əzmindəyik.
Əminəm ki, Sizin Tacikistana nəzərdə tutulan rəsmi səfəriniz
ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və
möhkəmlənməsinə yeni təkan verəcəkdir. Sizi əmin etmək istəyirəm
ki, Tacikistan bu nəcib məqsədlərə nail olmaq üçün əlindən gələni
edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə fürsətdən istifadə
edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş
Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq
arzulayıram".
XXX
Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyvdan:
"Zati-aliləri, Milli bayram - Respublika Günü münasibətilə
Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, Azərbaycan
hökumətinə və xalqına ən səmimi təbriklərimi və arzularımı
çatdırıram.
Azərbaycan ilə Avstraliya arasındakı münasibətlərin davamlı
inkişafını vurğulamaqdan məmnunluq hissi keçirirəm. Kanberra
şəhərində Azərbaycan səfirliyinin açılması ikitərəfli
münasibətlərimizi, xalqlarımızın əlaqələrinin genişlənməsini və
ölkələrimiz arasında ticari əməkdaşlığın inkişafını
möhkəmləndirmişdir.
Avstraliya 2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi
Azərbaycan ilə birgə işləməkdən məmnun olmuşdur. Təhlükəsizlik
Şurasındakı mandatımızın 2014-cü ildə qalan müddətində Avstraliya
qarşılıqlı maraq doğuran məsələlərdə, beynəlxalq sülhün və
təhlükəsizliyin təşviqində Azərbaycan ilə birlikdə çalışmağa davam
edəcəkdir.
Avstraliyanın terrorla mübarizə üzrə səfiri Bil Fişerin 2013-cü
ilin sentyabrında Bakıya səfəri təhlükəsizlik məsələləri sahəsində
Azərbaycan ilə əməkdaşlığa olan marağımızın göstəricisidir.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti ildə də
inkişaf edəcəkdir".
XXX
İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonodan:
"Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü
münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi
çatdırıram. İndoneziya Respublikasının Hökuməti və xalqı da mənim
təbriklərimə qoşulur.
İcazə verin, bu əlamətdar gündə bir daha əmin olduğumu bildirim ki,
ölkələrimiz arasındakı sıx və səmimi münasibətlər xalqlarımızın
maraqları naminə inkişaf edəcək və güclənəcəkdir.
Zati-aliləri, ən xoş arzularımı və dərin ehtiramımı qəbul
etməyinizi xahiş edirəm".
XXX
Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan:
"Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü
münasibətilə Meksika xalqı adından təbriklərimi Sizə çatdırmaqdan
məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, hökumətimin ölkələrimiz arasında mövcud
əlaqələri möhkəmləndirmək üçün birgə səy göstərməyə hazır olduğunu
bir daha təsdiqləyirəm.
Zati-aliləri, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul
etməyinizi xahiş edirəm".
XXX
Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorjdan: "Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə
Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan
şərəf duyuram.
Ənənəvi dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün
Zati-alinizlə birgə çalışmaq mənim üçün çox xoşdur.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm
cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah arzularımı
çatdırıram".
XXX
Livan Respublikasının Prezidenti General Mişel Süleymandan:
"Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə
Livan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi
təbriklərimi çatdırır, xoşbəxtlik və uğurlar diləyir, Azərbaycan
xalqına rifah arzulayıram".
XXX
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan: "Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin
Dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizi, qardaş
Azərbaycan xalqını və hökumətini səmimi qəlbdən təbrik edirəm. Bu
bayramın xalqınız və ölkəniz üçün daha böyük inkişaf və rifahla
əlamətdar olmasını ən xoş arzularla diləyirik.
Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və
torpaqlarımızın işğalına son qoymaq və müstəqil Fələstin Dövləti
qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz qətiyyətli
dəstəyə və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü
çatdırmaq istərdim.
Zati-aliləri, bir daha səmimi təbriklərimizi çatdırır, Sizə
cansağlığı və xoşbəxtlik diləyir, xalqlarımızı və ölkələrimizi
birləşdirən möhkəm qardaşlıq münasibətlərinin inkişafını
arzulamaqdan sonsuz məmnunluq duyuram".
XXX
Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət
Heyətinin sədri Kim En Namdan: "Hörmətli cənab Prezident, icazə
verin, Sizi və xalqınızı Azərbaycanın milli bayramı - Respublika
Günü münasibətilə ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, ölkələrimiz
arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da
inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ölkənizin inkişafı və
tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
XXX
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən: "Çox
hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ehtiramımı bildirim
və milli bayramınız - Respublika Günü münasibətilə Sizi ürəkdən
təbrik edim.
Bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı,
xoşbəxtlik, uğurlar, əmin-amanlıq və ölkənizin rifahı naminə yeni
zəfərlər arzulayıram.
Ötən onilliklər ərzində Sizin ölkəniz iqtisadi inkişaf sahəsində
sanballı uğurlar qazanmış, beynəlxalq aləmdə nüfuzunu
möhkəmlətmişdir.
Biz Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında
yaranmış dostluq münasibətlərini yüksək qiymətləndiririk. Əminəm
ki, bu münasibətlər ölkələrimizin xalqları naminə bundan sonra da
inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı
qarantına çevriləcəkdir".
XXX
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos
Asanovdan: "Zati-aliləri cənab Prezident, Azərbaycanın milli
bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və bütün
Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının
Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi
çatdırıram.
Türk dünyasında qurulan ilk respublikanın və bu il yaradılmasının
96-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin
varisi olan müasir müstəqil Azərbaycan Respublikası Zati-alinizin
müdrik və uğurlu rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında
öz layiqli yerini tutmuş və dünyanın siyasi, iqtisadi və mədəni
mərkəzlərindən birinə çevrilmişdir.
Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli
dövlətləri arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm
töhfələri çox yüksək qiymətləndiririk.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti
fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi
və firavanlıq arzu edirəm".
XXX
Daşkəndin və Özbəkistanın mitropoliti, Orta Asiya Mitropolit
Dairəsinin rəhbəri Vikentidən: "Çox hörmətli cənab Prezident, Sizi
əlamətdar bayram - Azərbaycan Respublikası Günü münasibətilə təbrik
etməyi özümə şərəf sayıram. Sizi və Sizin şəxsinizdə bütün
Azərbaycan xalqını salamlayır və ölkənizin bütün vətəndaşlarına
səmimi qəlbdən firavanlıq, tərəqqi, bütün işlərinizdə Ulu Tanrının
Sizə yardımçı olmasını arzulayıram.
Azərbaycan Respublikası beynəlxalq aləmdə layiqli yer tutur. Sizin
gözəl ölkənizdə hər il qazanılan uğurları dünyanın bütün dövlətləri
böyük maraqla izləyir.
Müasir Azərbaycan çoxmillətli xalqın xoşbəxt və firavan həyatı,
qurucu əməyi, tərəqqi yolu ilə ardıcıl irəliləməsi üçün hər cür
şəraitin yaradıldığı, iqtisadiyyatın inkişafının təmin edildiyi,
demokratiya təsisatlarının qurulduğu ölkədir. Onun ən böyük uğuru
isə, şübhəsiz, Azərbaycan Respublikasının ərazisində yaşayan
müxtəlif millətlərin və xalqların nümayəndələri arasında sarsılmaz
sülh və qarşılıqlı anlaşmadır.
Cənab Prezident, sevimli ölkənizin iqtisadi, sosial, mədəni və
mənəvi tərəqqisi işinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək
istəyirəm. Azərbaycan Respublikasında mənəviyyatın,
vətənpərvərliyin, əxlaqi idealların bərqərar olmasında Sizin
görkəmli xidmətləriniz və əməyiniz hamıya məlumdur.
Siz Vətənin layiqli oğlu kimi öz parlaq zəkanızın bütün qüvvəsini,
yüksək istedadınızı və geniş qəlbinizi hamı tərəfindən qəbul
edilən, şanlı və firavan dövlət qurulmasına həsr edirsiniz.
Azərbaycan Respublikasının ərazisində yaşayan insanlar bu gün
ölkədə sabitliyi və sülhü, müxtəlif xalqlar arasında qarşılıqlı
anlaşmanı, asayişi, rifahı və həyatın bütün sahələrində gələcək
tərəqqini Sizin adınızla və atanız Heydər Əliyevin adı ilə
bağlayırlar.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, böyük uğurlar
diləyir, şanlı Vətən naminə, Azərbaycan Respublikasının şanlı xalqı
naminə bütün işlərinizdə və təşəbbüslərinizdə Ulu Tanrının Sizə
yardımçı olmasını arzulayıram".
XXX
Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriudan: "Hörmətli
cənab Prezident, icazə verin, Sizi və Sizin şəxsinizdə bütün
Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim!
Böyük Azərbaycan şairi, alim, mütəfəkkir və filosof Nizami Gəncəvi
demişdir:
"Yaltaq zəncirini şir qırdı, atdı,
Odur, böyüklüyə dünyada çatdı".
Bu sözlər müasir Azərbaycanı son dərəcə dəqiq səciyyələndirir.
Azərbaycan müstəqillik illəri ərzində bir dövlət kimi təşəkkül
tapmışdır. Qeyd etmək istəyirəm ki, Sizin rəhbərlik etdiyiniz ölkə
postsovet məkanında bəlkə də yeganə dövlətdir ki, orada yaxşılığa
doğru dəyişikliklər ardıcıl və fasiləsiz həyata keçirilir. Əlbəttə,
həmin prosesin başlanğıcında Sizin atanız, Azərbaycan xalqının
ümummilli lideri, dünya miqyaslı siyasi xadim, Prezident Heydər
Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.
Hörmətli cənab Prezident, sürətli iqtisadi inkişaf, yoxsulluğun
azalması, təhsilin səviyyəsinin yüksəlməsi, beynəlxalq aləmdə
uğurlar Sizin və müstəqil Azərbaycan Respublikası xalqının
qazandığı nailiyyətlərin yalnız bir qismidir.
Əlbəttə, çətinliklər də vardır. Bu, ilk növbədə, işğal olunmuş
ərazilərin azad edilməsi problemidir. Təəssüflə qeyd etməliyik ki,
bu məsələdə dünya birliyinin BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin yerinə yetirilməsinə nail ola bilməməsi, Minsk
qrupunun fəal mövqe tutmaması problemin həllini ləngidir. Lakin
Azərbaycanın bu məsələdə ədalətə nail olmaq istiqamətində ardıcıl
səyləri mənə bunu əminliklə söyləməyə əsas verir ki, təcavüzkar
tezliklə Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyə məcbur
olacaqdır.
Azərbaycandan olan və hazırda Ermənistanda yaşayan erməni qaçqınlar
artıq indi mənə müraciət edir, Ermənistanda onların hüquqlarının
həyasızcasına pozulmasını və çiçəklənən Azərbaycana qayıtmaq
istədiklərini söyləyirlər.
Sizin Respublika Gününüzü mən həqiqətən özüm üçün də bayram hesab
edirəm. Çünki Sizin ölkənizlə dostluq etməyimə, Sizinlə şəxsən
tanış olmağıma və Azərbaycan xalqının hörmətini qazanmağıma görə
fəxr edirəm. Sizə, ailənizə və gözəl Azərbaycan xalqına daha böyük
firavanlıq arzu edirəm.
Bayramınız mübarək!"
XXX
1994-2005-ci illərdə Ukraynanın Prezidenti Leonid Kuçmadan:
"Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramı -
Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan öz zəngin iqtisadi və insan potensialını ardıcıl
və məsuliyyətlə reallaşdıran, dinamik inkişaf edən dövlətdir. Bu
dövlətdə gələcəyə istiqamətlənmək əcdadlarımızın ənənələrinə
sədaqətlə, ötəri olmayan mənəvi dəyərlərin dirçəldilməsi ilə
harmonik şəkildə birləşir.
Əminəm ki, Azərbaycanın qazandığı uğurlar çox cəhətdən güclü
prezident hakimiyyəti təsisatının qorunub saxlanması ilə
bağlıdır.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə
uğurlar, əməksevər Azərbaycan xalqına sülh və firavanlıq arzu
edirəm".
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?