Digər
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd
olunur.
Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq
Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün
mübarizələr aparıb.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli
oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli
dövlətlərin yaranması əsri kimi də daxil olub.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar
sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz
müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə
edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli
təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan
etdilər.
ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik
respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət
atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli
bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi.
Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də
bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika
süqut etdi.
Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı
ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28
may qeyri-iş günü elan edilib. /Trend/
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı