• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İstanbul valisi Azərbaycanın Baş Konsulluğunu ziyarət edib - FOTOLAR

  • Digər
  • 28 May 2014 15:55
  • 738 Baxış
İstanbul valisi Azərbaycanın Baş Konsulluğunu ziyarət edib - FOTOLAR

Bu gün İstanbulun valisi Hüseyn Avni Mutlu 28 may - Respublika Günü münasibətilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunu ziyarət edib.

Baş konsul Həsən Zeynalov və Baş Konsulluğun kollektivi yüksək qonağı qarşıladıqdan sonra ümummilli lider Heydər Əliyevin Baş Konsulluğun ərazisindəki abidəsi önünə gül dəstələri qoyulmuş, ulu öndərin əziz xatirəsi ehtiramla anılıb.

Qonaqla diplomatik nümayəndəliyin rəhbəri arasında görüş keçirilib.

Görüş zamanı vali H.A.Mutlu Respublika Günü münasibətilə təbriklərini çatdırıb və müstəqil Azərbaycanın daha da çiçəklənməsini və inkişaf etməsini arzulayıb.

H.A.Mutlu Somadakı kömür mədənində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Respublikası və xalqının həssas, duyarlı və qardaşca davranışını yüksək qiymətləndirdiyini dilə gətirmiş, bunu nəzərə alaraq Baş Konsulluğun İstanbulda milli bayram münasibətilə şənlik təşkil etməməsinə və Soma faciəsi zamanı həlak olmuş mədənçilərin ailə üzvlərinə və yaxınlarına maddi dəstək verdiyinə görə Baş Konsulluğa təşəkkür ifadə edib.

Baş konsul H.Zeynalov təbrikə və xoş sözlərə görə H.A.Mutluya təşəkkürünü bildirib. Azərbaycanın milli bayramı olan Respublika Gününün tarixindən və XX əsrin sonunda yenidən müstəqillik qazanmış Azərbaycan Respublikasının ağır keçən ilk illərindən, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayan islahat və quruculuq işləri haqqında məlumat verib.

Baş konsul hazırda bu kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Azərbaycanın hər zaman Türkiyəni özünə qardaş bildiyini və müstəqilliyini yenidən qazandıqdan sonra Türkiyə ilə əlaqələri inkişaf etdirməyə başladığını vurğulayan H.Zeynalov Baş Konsulluğun və Azərbaycanın Türkiyədə akkreditə olunmuş digər diplomatik missiyalarının Respublika Günü ilə bağlı builki bayram şənliklərini ləğv etmələrinin Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında olan səmimi qardaşlıq münasibətlərinin təzahürü olduğunu bildirib.

Vali H.A.Mutlu Azərbaycanla Türkiyə arasında əlaqələrin sarsılmaz və sağlam zəmin üzərində qurulduğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsi yönündə bundan sonra da bərabər çalışmanın vacibliyini qeyd edib, bu istiqamətdə əlindən gələni etməyə hazır olduğunu bildirib.

Sonda, vali H.A.Mutlu Baş Konsulluğun binası və əməkdaşları ilə tanış olub, xatirə şəkilləri çəkdirib.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR