Digər
Prezidentin qızları uşaq evində
Mayın 29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1
nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən
istirahət düşərgəsində 1 iİyun – Uşaqları
Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir
keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu
Əliyeva tədbirdə iştirak etmişlər.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi İlqar
Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi layihələrdən söz
açmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və
ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə
əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə
xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən
Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli
gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.
Diqqətə çatdırmışdır ki, Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda
yerləşən istirahət düşərgəsində reallaşdırılan bu tədbir Heydər
Əliyev Fondunun 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü
münasibətilə keçirdiyi silsilə tədbirlər çərçivəsində baş
tutmuşdur.
Mərasimdə həmçinin Rusiya Federasiyasının Həştərxan vilayətindən,
Bosniya və Herseqovinadan və Pakistandan da qonaqlar iştirak
edirlər.
Fondun nümayəndəsi qonaqların azərbaycanlı uşaqlarla gələcək
dostluğunun möhkəm olacağına əminliyini ifadə etmişdir.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar əylənmiş, rəqs
etmiş, şeir söyləmişlər.
Xarici ölkələrdən olan qonaqlar Bakıda keçirilən bu mərasimdə
onların iştirakına yaradılan şəraitə görə Heydər Əliyev Fonduna
minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Rusiya Federasiyasının Həştərxan uşaqlarının adından
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya hədiyyə
olaraq fotoalbom təqdim edilmişdir.
Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən istirahət
düşərgəsində 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə
əsaslı təmir işləri aparılmış, həyətyanı sahə abadlaşdırılmışdır.
Burada yeni, müasir stadion inşa edilmiş, hovuz yenidən qurulmuş,
uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait
yaradılmışdır.
Hazırda sözügedən uşaq evində 120 uşaq və yeniyetmə yaşayır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...