Merin alt geyimi oğurlandı
Bizi izləyin

Digər

Merin alt geyimi oğurlandı

"Onu qaytaranları pivəyə qonaq edəcəyik"

Brüsseldə gecə klubunun nəzdnində yerləşən alt geyimləri muzeyindən şəhər meri İvan Mayerin alt paltarı oğurlanıb. Anspress-in "The Daily Telegraph"a istinadən verdiyi məlumata görə, hadisənin kim tərəfindən törədildiyi hələ müəyyən edilməyib.

“De Dolle Mol” klubunun sahibi kinorejissor Jan Bikua qeyd edib ki, bu muzeyin oğrular üçün maraqlı olmadığını düşünüb. Bikua eləcə də, bildirib ki, oğrular tərəfindən Mayeranın imzası ilə olan alt geyimin qaytarılmasına ümid edir. "Əgər bunu etsələr onları pivəyə qonaq edəcəyik".

Sahibkar merin onlara yeni alt geyimi hədiyyə etməsinə də ümid etdiyini qeyd edib.
Hələlik mer İvan Mayer isə bu hadisəyə rəy bildirməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm