Digər
Zakir Həsənov şəhid əsgərimizi medalla təltif etdi
Bu gün şəhid olan əsgərimiz ölümündən sonra medalla təltif edilib.
Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Xatırladaq ki, yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin zabiti, 1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO