Mehriban Əliyeva sərginin açılışında iştirak edib – FOTOLAR
Bizi izləyin

Digər

Mehriban Əliyeva sərginin açılışında iştirak edib – FOTOLAR

Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılmışdır.

Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla ƏliyevaArzu Əliyeva III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olmuşlar.

Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgilənən işlərlə yaxından tanış olmuş, rəssamlarla fikir mübadiləsi aparmış və sərginin işinə uğurlar arzulamışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə keçirilən sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdirilir.

Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilir.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıntıları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.

Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyildir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” pilot layihəsini həyata keçirir.

Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtlı-vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılmışdır.

İyunun 3-dək davam edəcək sərgini izləmək istəyən hər kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdən - Qoşa qala qapısının önündən saat 12:00 və 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaqdır.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin düşərgəsi ilə tanış olmuşlar.

“Ekosfera” təşkilatı Azərbaycanda ilk dəfə olaraq uşaq və gənclər üçün interaktiv təlim, ekoloji-mədəni proqramlar işləyib hazırlamışdır. Təşkilatın reallaşdırdığı turlarda uşaq və gənclər təbiət qoynunda kənd həyatı keçirir, milli mənəvi dəyərlərimiz, tətbiqi incəsənət növləri, xalq mahnıları və rəqslər, yerli adət-ənənələrlə tanış olur, ənənəvi kənd işlərində, milli bayram və festivallarda iştirak edir, ekodüşərgələrdə yaşayırlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva “Qala festivalı” çərçivəsində təşkil olunmuş düşərgələrdə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, o cümlədən burada yerləşən orta əsrlər dulusçuluq həyətində, arxeoloji qalereyada, XIX əsrə aid ikimərtəbəli evdə, gül və ərzaq bazarında, musiqi meydançasında olmuşlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak edən uşaqlarla ünsiyyətdə olmuş, onlarla xatirə şəkilləri çəkdirmişlər.

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilən festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən gəlmiş qonaqlar bu möhtəşəm tədbirdə iştirak etmələrinə yaradılan imkana görə Fondun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival xalqımızın zəngin tarixi keçmişini və ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır. Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş olunur, rəqs ansamblları çıxış edir, müxtəlif interaktiv oyunlar keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm