Zabitlərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Bizi izləyin

Digər

Zabitlərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyunun 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyunun 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 6-dək Almaniyanın Oberammerqau şəhərində adi silahlara nəzarət üzrə informasiya mübadiləsi və NATO qərargah zabitləri üçün tanışlıq kurslarının keçirilməsi nəzərdə tutulub.

Yunanıstanın Xaniya şəhərində “Dənizdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması əməliyyatlarında kütləvi qırğın silahları ilə mübarizə” kursu keçiriləcək.

Hərbi qulluqçularımız iyunun 6-dək Sloveniyanın paytaxtı Lyublyanada informativ hərbi attaşe həftəsində və “Adriatik Strike- 2014” təlimində müşahidəçi qismində iştirak edəcəklər.

Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən, iyunun 13-dək bu ölkənin Predeal şəhərində axtarış və xilasetmə, Budapeştdə qərargah zabitləri üçün hərbi terminologiya, Polşanın Kielce şəhərində “NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi” kursları təşkil olunacaq.

İyunun 20-dək isə Macarıstanın Szolnok şəhərində “27-ci Beynəlxalq hərbi müşahidəçi” kursu, Almaniyanın Qarmiş- Partenkirxen şəhərində dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm