ABŞ kəşfiyyatı ilə bağlı dəhşətli faktlar üzə çıxdı
Bizi izləyin

Digər

ABŞ kəşfiyyatı ilə bağlı dəhşətli faktlar üzə çıxdı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouder dünyanı şoka salan açıqlamaları ilə yenidən gündəmə gəlib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouder dünyanı şoka salan açıqlamaları ilə yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, NBC televiziyasına müsahibə verən Snouder qeyd edib ki, ABŞ hökuməti 11 sentyabr və Boston marafonu terror aktları haqqında əvvəlcədən məlumatlı olub. O qeyd edib ki, ABŞ öz vətəndaşlarının təhlükəsizliyi üçün narahat olmur:

“11 sentyabr günü Nyu-York və Vaşinqtonda reallaşdırılan terror hücumları ilə əlaqədar kəşfiyyat orqanlarında kifayət qədər məlumat var idi. Sizcə, niyə bütün bunların qarşısını almadılar?”

Snouder əlavə edib ki, Boston marafonu zamanı baş vermiş terror hücumu haqqında da kəşfiyyat məlumatlı olub, lakin qarşısı alınmayıb:

“Rus kəşfiyyatı bununla bağlı ABŞ-ı məlumatlandırmışdı. Amma nədənsə yenə də terror hücumunun qarşısı alınmadı”.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm