• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gürcüstanda “vor zakon”lar həbsxanada ayaqyolu yuyur

  • Digər
  • 3 İyun 2014 07:22
  • 5 778 Baxış
Gürcüstanda “vor zakon”lar həbsxanada ayaqyolu yuyur

Gürcü “vor zakon”ları bütün dünyada məşhurdur. SSRİ vaxtında da, indiki Rusiyada da kriminal aləmin zirvəsində duran şəxslərin əksəriyəti bu respublikadan çıxıb.

Ancaq vəziyyət indi elədir ki, gürcü “qanuni oğrular” öz vətənlərinə getməyə qorxur. Bir çoxları Rusiyada yaxud Ukraynada məskən salaraq bu ölkələrin vətəndaşlığını alıblar. Vətəndə qalan, özü də yerli həbsxanalarda olan avtoritetlərin güzaranına isə heç kim qibtə etmir.

Məsələ ondadır ki, Gürcüstanda dünyada ilk dəfə olaraq məhz kriminal avtoritetlər üçün həbsxana ayrılıb. Burada yalnız “vor zakon”lar saxlanılır. Həbsxana Tbilisiyə yaxın ərazidə yerləşir.

Qalan həbsxanalarda isə bir dənə də olsun "qanuni oğru" qalmayıb. “Qanuni oğru”ları digər məhkumlardan ayırmaqla hökumət onların kriminalitet üzərindəki nüfuzlarını sıfıra endirib. Yerli avtoritetlərin nəyəsə nəzarət etmələri tam məhdudlaşdırılıb.

Yerli sakinlərin bildirdiyinə görə hökumət bu addımı atmamışdan ölkədə kriminal tüğyan edirdi. Axşam 9-dan sonra əhali evlərinə yıışıb qapını bərk-bərk bağlayırdılar. Avtomobil almaq istəyirdinsə gərək əvvəlcədən alınmaz qalaya oxşayan qaraj tikdirəydin. Yoxsa elə avtomobili ilk gündəcə oğurlayırdılar. İndi isə ,yəni lotular təcrid olunandan sonra “qurdla quzu bir yerdə otlayır”.

Avtoritetlər üçün ayrılmış həbsxanadan qaçmaq praktiki olaraq mümkün deyil. Burada mühafizə iki qat güclüdür. Kameraların hamısında “vor zakonlar”dır. İlk vaxtlarda onlar arasında kamerada kimin qab-qacağı, yaxud ayaqyolunu təmizləyəcəyi ilə bağlı davalar olurmuş. Axı adi həbsxanada bunları etmək avtoritetin ağlına da gəlmir. Orada bunu "lotu"nun əvəzinə “şetyorka”ları, yaxud digər məhkumlar edir.

Bu həbsxanada isə “şetyorka”yoxdur, hamı lotudu. Axırda avtoritetlər belə qərara gəlib ki, hərə öz yerini yığışdırsın, qab-qacağını yusun, ayaqyoluna gedəndə arxasınca yığışdırsın. Halbuki istənilən “qanuni oğru” üçün bunları etmək qadağandı (zapadlo-red).

İlqar Atabəyli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR