• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Tərtər polisi evində fahişəxana açan bağça müdirəsini tutdu

  • Digər
  • 23 Yanvar 2014 18:30
  • 1 352 Baxış
Tərtər polisi evində fahişəxana açan bağça müdirəsini tutdu

Tərtər polisi evində əxlaqsız yuvası təşkil edən bağça müdirini saxlayıb.

Aparılan əməliyyat tədbirləri zamanı 2 oğlan və 2 qız saxlanılaraq polis şöbəsinə gətirilib.

Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan Tərtər şəhər sakini 1958-ci il təvəllüdlü Axundova İzahət Bəhram qızı saxlanılıb.

Məlum olub ki, o Tərtər rayon sakini 25 yaşlı Tağızadə Pərvin və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib.

Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslərdə yaxalanıb. Polis şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində bildiriblər ki, oğılanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib. Saxlanılan qızlar üzlərini gizləsələrdə, kamera qarşısında da polisə verdikləri ifadəni təsdiq ediblər.

Rayon polis şöbəsindən bildirildi ki, qızları görüşmələri müqabilində İzahət Axundovanın qazancı 150 manat olub. Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsız yuva saxlayan İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdürüdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar aparılır.

Daşqın Güneyli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR