Qənirə Paşayeva gürcüstanlı gənclərlə ön cəbhədə
Bizi izləyin

Digər

Qənirə Paşayeva gürcüstanlı gənclərlə ön cəbhədə

Gürcüstanlı gənclər millət vəkili Qənirə Paşayeva ilə görüşüb və ön cəbhədə olublar.

Gürcüstanlı gənclər Tovuzda ön cəbhə kəndlərini ziyarət edib və hərbi hissədə əsgərlərlə görüşüblər.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, SOCAR Georgia və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycana gələn Gürcüstan gənclərindən ibarət 30 nəfərlik nümayəndə heyəti Tovuz rayonuna səfər ediblər. Qonaqlar ilk olaraq Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid oğulların məzarlarını ziyarət ediblər. Onlara Şəhidlər Xiyabanındakı bütün şəhidlərin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyü olduğunu vurğulanıb. Gənc fəallara Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülki insanlara qarşı əl atdıqları qeyri-insanı əməllər barədə də məlumatlar verilib. Daha sonra gənc fəallar Tovuz rayonunun girəcəyində ucaldılmış Qala abidəsinə baş çəkib. Onlara qala divarlarında əks olunan Azərbaycanın tarixi və müasir xəritələri ilə bağlı məlumat verilib. Bəzi imperiyalar, ölkələr və güclər tərəfindən Azərbaycan xalqının və torpaqlarının son 2 əsrdə başına gətirilən müsibətlər, 2 yerə bölünmələr, işğallar, zorla alınaraq torpaqlarımızın Ermənistana verilməsi, onlara bizim torpaqlarımız hesabına dövlət yaradılması kimi tarixi faktları özündə əks etdirən müqayisəli 3 xəritə və orada öz əksini tapan tarixi gerçəkliklər barədə gənclərə geniş məlumatlar verilib. Daha sonra gürcüstanlı gənc fəallar Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən ön cəbhə nöqtələrində də olub. Burada gənclərə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verilib.

Ön cəbhədə ilk dəfə olan gəncləri maraqlandıran suallar cavablandırılıb, onlar yerində gördükləri həqiqətlərin onlar üçün çox önəmli olduğunu bildiriblər. Gürcüstanlı gənclər həmçinin ön cəbhədə yerləşən hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onlar üçün təşkil edilən konsert programında iştirak edib və əsgərlərlə birlikdə nahar ediblər. Səfər çərçivəsində gənclər Tovuz rayonunun tarixi-mədəni yerləri, abidədləri ilə, rayon mərkəzində yerləşən Heydər Əliyev muzeyi ilə də geniş tanış olublar və bu səfərin onların həyatında önəmli iz buraxacağını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm