5 ayda 383 ton benzin ixrac edilib
Bizi izləyin

Digər

5 ayda 383 ton benzin ixrac edilib

2014-cü ilin may ayında 47 min 330 ton dizel yanacağı, 7 min 592 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 21 min 608 ton vakuum qazoylu ixrac edib.

Publika.az ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən bildirir ki, 2014-cü ilin yanvar-may ayları ərzində 383 ton avtomobil benzini, 297 min 434 ton dizel yanacağı, 43 min 59 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 70 min 374 ton vakuum qazoylu ixrac edilib.

2014-cü ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 995,24 dollar, təyyarə yanacağının – 948,41 dollar, dizel yanacağının – 897,29 dollar, 1% kükürdlü mazutun qiyməti 638,25 dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm