Şahnazaryan: “Rusiya Qarabağ münaqişəsində şübhəli vasitəçidir”
Bizi izləyin

Digər

Şahnazaryan: “Rusiya Qarabağ münaqişəsində şübhəli vasitəçidir”

Şahnazaryan: “Rusiya Qarabağ münaqişəsində şübhəli vasitəçidir”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində şübhəli vasitəçidir. Bu ölkə Ermənistan üçün də şübhəli müttəfiqdir”.

Publika.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Konkord” analitika mərkəzinin rəhbəri David Şahnazaryan deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ölkənin təhlükəsizlik maraqlarından irəli gələrək Avrasiya İttifaqına girməklə bağlı qərar qəbul edib: “Lakin Rusiyanın doğrudan da Ermənistanın təhlükəsizliyini düşünməsi şübhə doğurur. Hesab edirəm ki, bu qərar nəinki Qarabağın, eləcə də Ermənistanın təhlükəsizliyinin əhəmiyyətini azaldır”.

D. Şahnazaryan iddia edib ki, Rusiya Azərbaycanı aktiv formada silahlandırır: “Amma eyni halı Ermənistanla bağlı demək olmaz. Bunun əksinə, Rusiya Ermənistanda hərbi bazası vasitəsilə özü silahlanır. Mən əminəm ki, Ermənistanın bu ittifaqa girməsilə Dağlıq Qarabağ danışıqları bütünlüklə Rusiyanın əlinə keçəcək”.

Şahnazaryan qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunması Ermənistan və Rusiyanın maraqlarına uyğun gəlmir. Halbuki qeyri-sabitlik Rusiyaya çox sərf edir.

“Ermənistan isə sabitliyə daha çox çalışmalıdır. Çünki bunun fonunda qonşuları və dünya ilə daha əlverişli formada münasibətlər qura bilər. Amma Rusiya Ermənistanı dünyadan qoparmaq üçün hər şey edir, hətta İranla münasibətləri belə idarəçiliyi altına alır. Həmçinin Gürcüstanla dostluq münasibətlərə maneəçilik törədir”-deyə erməni ekspert qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm