• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İş adamını güllələyən deputatlığa namizəd azad olunur

  • Digər
  • 3 İyun 2014 18:38
  • 833 Baxış
İş adamını güllələyən deputatlığa namizəd azad olunur

Qalmaqallı cinayət törədən deputatlığa sabiq namizədlə bağlı ekspertiza rəyi açıqlandı


Bu gün Bakı Apellyasiya Məhkəməsində iş adamını öldürməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Rövşən Rüstəmov aldığı güllə yarasından ölüb.

Nadir Orucov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verərək cəzasını yüngülləşdirilməsini istəyib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nadir Orucovun barəsində təyin olunmuş məhkəmə tibbi ekspertizasının rəyi açıqlanıb. Rəydən məlum olub ki, Nadir Orucovda ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz; hipertoniya xətəliyi, şəkərli diabet, insulindən asılı forma xəstəlikləri müəyyən olunub.

Hakim deyib ki, ekspertlər Nadir Orucovun Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almasını məsləhət biliblər. Nadir Orucovun vəkilləri ekspertiza rəyinin ciddi məsələ olduğunu bildiriblər. Vəkillər deyiblər ki, ekspertizanın rəyi ilə bağlı vəsatətləri olacaq. Vəkillər vəsatəti hazırlamaq üçün hakimlərdən vaxt istəyiblər.

Məhkəmə iyunun 10-da davam edəcək.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

Publika.az

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR