• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mehriban Əliyeva Roma meri ilə görüşdü - FOTOLAR

  • Digər
  • 3 İyun 2014 21:34
  • 606 Baxış
Mehriban Əliyeva Roma meri ilə görüşdü - FOTOLAR

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb.

Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma şəhərinin meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. İqnatsio Marino dövlətlərimiz arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirib, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Roma şəhərinin meri Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulamış, mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışıb. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İqnatsio Marinonu ölkəmizə səfərə dəvət edib. Roma şəhərinin meri dəvəti məmnunluqla qəbul edib.

Görüşdə gələcəkdə də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılıb.

Sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilib. Roma şəhərinin meri bu layihəni ölkəmiz ilə birgə həyata keçirmək arzusunda olduğunu söyləyib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR