Ukraynada şiddətlənən müharibə: son xəbərlər - VİDEO
Bizi izləyin

Digər

Ukraynada şiddətlənən müharibə: son xəbərlər - VİDEO

Ukraynanın şərqində ordu ilə separatçılar arasında davam edən qarşıdurmalar getdikcə daha da şiddətlənir.

Ukraynanın şərqində ordu ilə separatçılar arasında davam edən qarşıdurmalar getdikcə daha da şiddətlənir.

Publika.az xəbər verir ki, separatçıların Slavyansk və Luqanskdakı güclü müqavimətini qırmağa çalışan Ukrayna ordusu hərbi aviasiyanın köməyindən istifadə edir.

Bu gecə isə separatçılar Luqanskdakı hərbi hissələrdən birinə hücum ediblər. Səhərə qədər davam edən atışmada xeyli sayda insan həlak olub. Ukraynalı əsgərlər hələ də separatçıların mühasirəsində kömək gözləyir.

İki od arasında qalan bölgə sakinləri isə olduqca çətin durumdadır. Slavyansk və Luqanskda ciddi ərzaq, içməli su və dərman qıtlığı yaranıb. İnsanlar gecəni sığınacaqlarda keçirirlər:

"Biz sülh istəyirik, müharibə istəmirik. Sizə yalvarırıq, bizə kömək edin. Donbas xalqını qoruyun",– deyə vətəndaşlardan biri “Euronews”a bildirib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm