Dünyanın yeni ən qlamur kraliçası – Foto
Bizi izləyin

Digər

Dünyanın yeni ən qlamur kraliçası – Foto

Keyt Middlton nəinki Böyük Britaniya, hətta dünyanın da diqqətindən yayınmayan şahzadə hesab olunur. Böyük Britaniya şahzadəsi geyim üslubu və incə zövqü ilə hər zaman mətbuatın diqqətindədir.

İspaniya şahzadəsi Felipe de Borbonun arvadı Letiziya isə ərinə rast gələnə qədər, televiziya aparıcısı olub. İspan kralı Xuan Karlos bu həftə taxt-tacdan imtina etdikdən sonra Letizia şahzadə postundan kraliça vəzifəsinə qalxıb. İndi isə mətbuat diqqətini Keytdən birbaşa Letiziyaya yönəldib.

Letiziya da Keyt kimi arıq, qamətli və tünd saçlıdır. Hətta bəzən geyim üslubunda da Böyük Britaniya şahzadəsinə bənzəyir.

Letiziya Keytdən fərqli olaraq sadə ailədə doğulub. Atası jurnalist, anası isə tibb bacısı olub. Bacısı Telma iqtisadçıdır, digər bacısı Erika isə depressiyadan intihar edib. İspaniyanın TVE kanalında aparıcı işləməzdən əvvəl, jurnalistika təhsili alıb. Jurnalistik fəaliyyəti dövründə 2001-ci il 9 sentyabrda Nyu-Yorkda partladılan binaların qarşısından canlı efirə qoşulub. Bir ildən sonra isə İspaniya varisi Felipe ilə tanış olur. Başı bir çox sevgi münasibətlərinə qarışsa da, son anda Felipe ilə nişanlandığını elan edib. Felipe ilə 2004-cü ildə ailə quran Letiziya üçün bu evlilik ikinci dəfə idi.


Letiziya daha çox geyimlərini Zara brendindən sifariş edir. Onun Felipe ilə nikahından 2 övladı var. 2008-ci ildə estetik burun əməliyyatı keçirdikdən sonra ictimaiyyət qarşısında yaxşı qarşılanmayıb.


Keçən yay Letiziya əri və uşaqlarsız yay tətilinə gedib. Mətbuatda şahzadənin öz öhdəliyindən və evlililik həyatından həddindən artıq yorğun olduğu haqda məlumat verilir. Şahzadəyə həsr olunmuş avtobioqrafik kitabda isə ilk evlilikdən hamilə qaldığını və Felipe ilə tanışlıq dönəmində abort etdirdiyi haqda şayiələr yayılıb. İmzaladığı 50 səhifəlik nikah müqaviləsinə əsasən, Felipe ilə boşanacağı təqdirdə uşaqlarını itirə bilər. bununla belə, şahzadə Letiziya dünyanın ən qlamur şahzadəsi hesab edilir.


Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm