Prezident Vaqif Səmədoğlunu “İstiqlal" ordeni ilə təltif etdi
Bizi izləyin

Digər

Prezident Vaqif Səmədoğlunu “İstiqlal" ordeni ilə təltif etdi

Bu gün xalq şairi Vaqif Səmədoğlunun 75 yaşı tamam olur.

Bu gün xalq şairi Vaqif Səmədoğlunun 75 yaşı tamam olur. Publika.az xəbər verir ki, xalq şairinin 75 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında tədbir keçirilir. Bu münasibətilə prezident İlham Əliyev xalq şairini “İstiqlal" ordeni ilə təltif edib

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ədəbiyyatımızın “60-cılar” nəslinə məxsus olan Vaqif Səmədoğlunun sevilən bir sənətkar olduğunu, onun şeirlərinin xalqımız tərəfindən rəğbətlə qarşılandığını bildirib. Sonra Prezident Administrasiyasının rəhbəri Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Vaqif Səməd oğlu Vəkilovun (Vaqif Səmədoğlu) “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını diqqətə çatdırmış, dövlətimizin başçısının yubilyara təbrik məktubunu oxuyub.

Vaqif Səmədoğlu çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və başqaları çıxış edərək Vaqif Səmədoğlunun zəngin həyat yolundan və ədəbi fəaliyyətindən söhbət açıblar. Qələm dostları Vaqif Səmədoğlunun şeirimizə yeni poetik təfəkkür gətirdiyini, onun poeziyasında Azərbaycan insanının bəşəri “yük daşıyıcısı” kimi “qlobal status” qazandığını söyləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm