Separatçılar uşaqlardan sipər kimi istifadə edirlər
Bizi izləyin

Digər

Separatçılar uşaqlardan sipər kimi istifadə edirlər

Separatçılar uşaqlardan sipər kimi istifadə edirlər

Donetsk vilayətinin Kramatorsk şəhərində separatçılar qərargah olaraq körpələr evini seçiblər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna antiterror əməliyyatları qərargahının informasiya şöbəsinin rəhbəri Vladislav Seleznyov “facebook” səhifəsində yazıb.

V.Seleznyov separatçıların qərargahının körpələr evinin birinci mərtəbəsində yerləşdiyini, uşaqların isə ikinci mərtəbədə olduğunu bildirib.

“Beləliklə, separatçılar uşaqların arxasında gizlənərək özlərini qoruyurlar. Onlar yaxşı bilirlər ki, antiterror əməliyyat qrupları dinc sakinlərə qarşı silahdan istifadə etmir, yaşayış evləri, uşaq bağçaları, xəstəxanalar və məktəblərə atəş açmırlar”, - o, qeyd edib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi iki gün əvvəl verdiyi açıqlamasında aviasiyanın imkanlarından tam istifadə olunmadığını bildirmişdi. Nazirlik bunu separatçıların yaşayış binalarında, həmçinin xəstəxanalar və məktəblərdə gizlənməsi ilə izah etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm