Erməni nazir: “Azərbaycan rəhbərliyinə çatdırın ki…”
Bizi izləyin

Digər

Erməni nazir: “Azərbaycan rəhbərliyinə çatdırın ki…”

Erməni nazir: “Azərbaycan rəhbərliyinə çatdırın ki…”

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, erməni nazir görüşdə Azərbaycanı da hədələməkdən çəkinməyib.

“Seyran Ohanyan ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsindən xahiş edib ki, cəbhə xəttində təxribatların davam etdiriləcəyi halda Azərbaycan tərəfi üçün ciddi nəticələr olacağını Azərbaycanın rəhbərliyinə çatdırsın”,– deyə erməni mətbuatı yazır.

Bildirilir ki, Ermənistan müdafiə nazirinin Azərbaycana yönəlik hədələyici bəyanatı Naxçıvanın Ermənistanla sərhədində iki erməni hərbi qulluqçusunun ölümü ilə bağlıdır. Xatırladaq ki, insident iyunun 5-də sərhədin Naxçıvan-Ararat ərazisində baş vermişdi. Ölənlər 26 yaşlı Andranik Yeqoyan və 22 yaşlı Boris Qasparyandır. Erməni tərəfi onları snayperlə vurulduğunu iddia edir.

Erməni mətbuatı hesab edir ki, 5 iyunda Ermənistan-Naxçıvan sərhədində baş verənlər proseslərin çərçivədən çıxdığını göstərir: “Məhz buna görə də Seyran Ohanyan Azərbaycan üçün ağır nəticələrdən danışmağa məcbur olub. Vətəndaş dilində bu ağır texnikanın tətbiqindən istifadə etməklə birbaşa təcavüz şəklində oxuna bilər. İyunun 5-dəki hadisə onunla fərqləndi ki, bu Naxçıvanla sərhəddə oldu. Naxçıvan Ermənistanın İrana inteqrasiyası yolunda ən böyük maneədir. Ən etibarlı və ucuz kommunikasiyalar məhz Naxçıvandan keçə bilər. Ancaq Türkiyə və Azərbaycan Naxçıvanı möhkəm qala kimi saxlayır. Mümkündür ki, muxtar respublika barəsində hansısa bir planlar var”.

Erməni mətbuatı qeyd edir ki, hadisənin ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin regionda olduğu bir vaxtda baş verməsi təsadüf deyil: “O deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü barışığa aparan danışıqların yeni mərhələsinin başlanğıcı ola bilər.

Xatırladaq ki, belə bir görüşün təşkilini Fransa prezidenti Fransua Olland Ermənistana səfəri zamanı təklif etmişdi. Naxçıvanda baş verən insident deməyə əsas verir ki, hansısa yeni təkliflər ola bilər və Azərbaycan Moskvanın dəstəyi ilə bu təklifləri rədd edir”.

Bildirilir ki, Ermənistanın Azərbaycan üçün hansı ağır nəticələr hazırlaya biləcəyi, bu nəticələrin Naxçıvanla bağlı olub-olmayacağı və Ermənistanın ATƏT-in dəstəyini alıb-almayacağı barədə suallar cavabsız qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm