Milli Məclis: “Rusiyanı dəstəkləmirik”
Bizi izləyin

Digər

Milli Məclis: “Rusiyanı dəstəkləmirik”

Milli Məclis: “Rusiyanı dəstəkləmirik”

Milli Məclis Azərbaycanın Ukrayna məsələsində Rusiyanı müdafiə edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Parlamentin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, spiker Oqtay Əsədov Rusiyaya səfəri zamanı Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilib: “Xəbərdə deyilir ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcəkdir. Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da Milli Məclisin Sədri tərəfindən belə bir fikir səsləndirilməyibdir. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə etmiş, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıbdır. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm