Rusiya səfirinin məxfi məktubu: “Azərbaycana nəzarəti itirəcəyik”
Bizi izləyin

Digər

Rusiya səfirinin məxfi məktubu: “Azərbaycana nəzarəti itirəcəyik”

Rusiya səfirinin Moskvaya məxfi məktubu: “Azərbaycana nəzarəti itirəcəyik”

Mərhum eks-prezident Əbülfəz Elçibəyin İstanbulda yaşayan kürəkəni Aqil Səmədbəyli “4 iyun qiyamı” ilə bağlı daha bir fakt açıqlayıb.

Publika.Az xəbər verir ki, A. Səmədbəyli “facebook” səhifəsində bu barədə yazıb ki, Elçibəyin prezidentliyinin altıncı ayında Rusiyanın Bakıdakı səfiri Valter Şoniya Moskvaya belə bir məktub göndərmişdi: “Əgər Elçibəy 3 il hakimiyyətdə qalarsa, Azərbaycan Türkiyə tipli ordu quracaq”. Onun sözlərinə görə, həmin vaxt Elçibəy Türkiyədən əsgəri uzmanları ordu quruculuğuna cəlb etmişdi.

Məktubda səfir qeyd edirdi ki, “Azərbaycan tam olaraq azad dövlət olacaq, beləliklə, Rusiya Qafqaza nəzarəti tam itirəcək: “Təcili tədbirlər görmək lazımdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm