Əsrin oğruları tutuldular: Hollivud filmi gerçək oldu - VİDEO - FOTO
Bizi izləyin

Digər

Əsrin oğruları tutuldular: Hollivud filmi gerçək oldu - VİDEO - FOTO

Hollivud ulduzları Robert de Niro, Co Peski və Rey Liottanın baş rollarda çəkildikləri dünyaca məşhur "GoodFellas" ("Yaxşı oğlanlar") filminin gerçək qəhrəmanları tutulublar.


Canlı əfsanə olan kinorejissor Martin Skorsezenin çəkdiyi film 1978-ci ildə Almaniyanın "Lufthansa" aviaşirkətinin Nyu-Yorkdakı Kennedi beynəlxalq hava limanındakı yük terminalının qarət olunmasından bəhs edirdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ tarixində ən böyük qarəti reallaşdırmış cinayətkarlar tutulublar. Nyu-Yorkdakı "Bonanno" mafiya ailəsinin başçısı Vinsent Azaro və bandanın daha 4 üzvünü Birləşmiş Ştatların Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları xüsusi əməliyyat nəticəsində tutublar.


Onlar 1978-ci ildə "Lufthansa" aviaşirkətinin terminalından 5 milyon dolları oğurlamaqda suçlanırlar.

Vinsent Azaro və onun 4 əlaltısı 1968-ci ildən bəri törətdikləri cinayətlərdə suçlanırlar. Həmin cinayətlar arasında qətllər, yanğınlar, quldurluq, reket, adam oğurluğu və s. var.


1978-ci ilin dekabrın 11-də başlarında kapyuşon, üzlərində maskalar olan və pompalı tüfənglərlə silahlanmış adamlar "Lufthansa" aviaşirkətinin Con Kennedi hava limanındakı terminalına soxularaq 5 milyon dollar nağd pulu və 1 milyon dollarlıq zinət əşyalarını oğurlamışdılar. Pullarla zinət əşyaları Almaniyadan gətirilmişdi və Nyu-Yorkun Manhetten səmtindəki banklardan birinə aparılmalıydı.


Oğurlanmış pullar və zinət əşyaları tapılmamışdı.

Tutulanlar 78 yaşlı Vinset Azaro, onun 55 yaşlı kiçik qardaşı Cerom Azaro, 70 yaşlı Tomas "Tommi" Di Fiore, 52 yaşlı Con Bazu RaqanoCek Bonventredir.


FTB hesab edir ki, əsrin oğurluğu "Lukkeze" mafiya ailəsinin üzvü, mərhumCeyms Berk tərəfindən hazırlanmışdı.

"GoodFellas" filmində Ceyms Berk obrazını Robert De Niro canlandırıb.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm