Neftçala sakini həmyerlisini qayçıladı - İki cinayət
Bizi izləyin

Digər

Neftçala sakini həmyerlisini qayçıladı - İki cinayət

Cəlilabadda rayon sakini Samir Babayev münaqişə zəminində həmyerlisi Emin Cəfərova bıçaqla xəsarət yetirib.

Cəlilabadda rayon sakini Samir Babayev münaqişə zəminində həmyerlisi Emin Cəfərova bıçaqla xəsarət yetirib.

S.Babayev Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Neftçalada isə rayon sakini Abdulla Babayev münaqişə zəminində həmyerlisi Ənvər Əliyevə qayçı ilə xəsarət yetirib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm