• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Masallı sakininin həyətində narkotik plantasiyası

  • Digər
  • 9 İyun 2014 10:23
  • 1 145 Baxış
Masallı sakininin həyətində narkotik plantasiyası

Masallı sakininin həyətindən külli miqdarda çətənə kolları aşkarlanıb. Maraqlıdır ki, saxlanılan şəxs narkotik vasitədən düz 40 ildir ki istifadə etdiyini və bu narkotik maddələrin onun üçün hələ az olduğunu deyir.

Publika.az-ın məlumatına görə, Masallı polisinin həyata keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində rayon sakininin həyətyanı sahəsindən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Rayon Polis Şöbəsinin (RPŞ) təhqiqat bölməsinin rəisi Aslan Rzayevin verdiyi məlumata görə, Masallının Ərkivan qəsəbə sakini, 51 yaşlı Lazım Şahrza oğlu Hüseynovun narkotik vasitələri qeyri-qanuni əkib becərməsi ilə bağlı şöbəyə məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis şöbəsinin əməkdaşları dərhal hərəkətə keçiblər. Lazım Hüseynovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ev sahibinin bostan və tərəvəz bitkiləri arasında dibçəklərdə və torpaqda qanunsuz olaraq əkib -becərdiyi və aqrotexniki qaydada qulluq göstərdiyi narkotik xassəli 37 çətənə kolu aşkar edilib. Lazım Hüseynov isə saxlanılaraq şöbəyə aparılıb. O, törətdiyi cinayət əməlini etiraf edərək, çətənəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR