• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İran prezidenti İlham Əliyevə məktub yazdı - MƏTN

  • Digər
  • 9 İyun 2014 21:12
  • 1 262 Baxış
İran prezidenti İlham Əliyevə məktub yazdı - MƏTN

Azərbaycan prezidenti İlham Əliyevin ünvanına 28 may – Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Dövlət başçısına növbəti məktub İran İslam Respublikasının prezidenti Həsən Ruhanidən gəlib. Məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi, qonşu və dost dövlətinizi, xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizinlə sonuncu səmimi görüşümüzün ardınca, yüksək diqqətiniz, İran İslam Respublikasının və Azərbaycan Respublikasının məsul rəsmi şəxslərinin birgə daimi səyləri nəticəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində yeni mərhələnin başlanmasına, qardaşlıq ruhuna əsaslanaraq, ölkələrimiz arasındakı hazırkı gözəl dostluq münasibətlərinin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə daha da möhkəmlənməsinə şahid olacağıq.

Allah Təaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah, səadət və xoş günlər arzulayıram.

Hörmətlə,

Həsən Ruhani

İran İslam Respublikasının Prezidenti”.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR