Mənzildə köməksiz qalmış uşaq xilas edildi
Bizi izləyin

Digər

Mənzildə köməksiz qalmış uşaq xilas edildi

Gəncənin Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Gəncənin Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:20-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm