“Əli Kərimli qəzetin vergüllərinin də hansı dərəcədə əyilməsini təyin edir”
Bizi izləyin

Digər

“Əli Kərimli qəzetin vergüllərinin də hansı dərəcədə əyilməsini təyin edir”

Mirzə Sakit: “Haqsızlığa qarşı çıxanı ”donos yazan" adlandırmaq, elə Natiq və onun sədrinin ağlına uyğun gəlir"

“Mən Mirzə Sakiti ciddiyə almıram. O ”Azadlıq" qəzetindən “donos” yazdığına görə doğma qardaşı Qənimət Zahidin əmri ilə işdən çıxarılıb. İşdən də çıxıb Avropaya qaçıb. Məncə, o, həyatını xoş məcrada davam etdirsin, yersiz, mənasız söz atmaların tərgitsin. Yazı-pozu ilə məşğul olub, Avropada kitab çıxarsın. Mən ona Nobel mükafatı almaq arzulayıram".

Bu sözləri moderator.az-a açıqlamasında AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyib. O, Belçikada mühacir həyatı yaşayan satirik şair Mirzə Sakitin “Yeni Müsavat”a müsahibəsində AXCP və barəsində tənqidi fikirlərinə belə cavab verib.

Öz növbəsində isə Mirzə Sakit musavat.com-a bildirdi ki, bir siyasi partiyanın mətbuat xidmətinin rəhbəri cəmiyyətə yalan informasiya sırıyır: “Bu da onun təmsil olunduğu partiyanın qeyri-ciddiliyindən xəbər verir. ”Azadlıq" qəzetindən “donos” yazmamışam. Natiq Güləhmədoğlu bəhanə edib saman çöpündən yapışmasın. Haqsızlığa qarşı səsini çıxaran adamı “donos yazan” adlandırmaq, elə Natiq və onun sədri kimi adamların ağlına uyğun gəlir"

Mirzə Sakit qəzetdən uzaqlaşdırılmasından danışdı: “Qəzetin o vaxtkı texniki direktoru Azər Əhmədovla münaqişəmiz vardı. Çünki Azər Əhmədov yazılarımı dərc etmirdi. Bu haqda dəfələrlə Əli Kərimliyə müraciət etmişdim. Ancaq Əli Kərimli gözümün içinə yalanlar danışırdı”.

Mirzə Sakit dedi ki, o ərəfədə Almaniyanın Bakıdakı səfiri müxalifət liderlərini və hüquq müdafiəçilərini öz evinə dəvət edib: “Dəvətlilər sırasındaydım. Tədbirdə Əli Kərimliyə dedim ki, Azər Əhmədovun telefonuna mesajlar göndərilib. Mesajlarda yazılırdı ki, Mirzə Sakitin yazılarını, şeirlərini yenə niyə dərc edirsiniz? Dedim, Əli bəy, Azər Əhmədova bu mesajları bəlkə MTN-ə işləyən biri göndərir? Əli Kərimli də qayıdıb dedi ki...nəysə bunu qoy deməyim, vaxtı gələr açıqlayaram”.

Şair daha sonra əlavə etdi: “Natiq deyir məni qardaşım işdən azad edib. ”Azadlıq" qəzetindən qeyri-qanuni uzaqlaşdırılan zaman Qənimət Zahid həbsdə olub. Həbsdə olan adamın sərəncam imzalaması qanunsuz sayılır. Yox, əgər “Azadlıq” qəzeti “Vor v zakone” qanunları ilə fəaliyyət göstərirsə, bu başqa məsələ.

Ancaq hamı bilir ki, bu qəzet birbaşa Əli Kərimliyə tabedir və qəzetin vergüllərinin hansı dərəcədə əyilməsini də o təyin edir. Hazırda qəzetin bütün rəhbər komandası cəbhəçilərdən ibarətdir". Mirzə Sakit bildirdi ki, qəzetdən uzaqlaşdırılandan sonra Almaniya təşkilatının dəvəti ilə ona bu ölkədə bir illik yaşamaq hüququ verilib:
“Bu imkan olduğu halda Azərbaycana qayıtdım, aksiyalarda iştirak etdim. 2 aprel mitinqində polislərin məni vəhşicəsinə döyməsi buna sübutdur. Sonra Belçikanın PEN klubu məni Belçikaya dəvət etdi. Düşündüm Bakıda yenə işsiz qalacam, ailəm sosial problemlərlə üzləşəcək. Həm də bir müddət ”Troya atı"ndan tökülüşən qurbağaların gurultu səslərindən aralı olum".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm