PA rəhbərinin müavini ermənilərin Naxçıvana hücum etməsi xəbərlərini şərh etdi
Bizi izləyin

Digər

PA rəhbərinin müavini ermənilərin Naxçıvana hücum etməsi xəbərlərini şərh etdi

PA rəhbərinin müavini ermənilərin Naxçıvana hücum etməsi xəbərlərini şərh etdi

Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanın yenidən Azərbaycan ərazilərinə, xüsusən də Naxçıvana hücum edəcəyi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Publika.az-ın məlumatına görə, PA-nın şöbə müdiri yayılan xəbərləri şayiə adlandıraraq onlara münasibət bildirməyə lüzum görmədiyini söyləyib:

"Bunlar hamısı şayiələrdir. Mən isə şayiələrə mövqe bildirmək istəmirəm. Belə şayiələri elə Ermənistan tərəfindən müxtəlif dairələr özləri qəsdən yayırlar ki, biz də ona mövqe, münasibət bildirək və bunu ictimaiyyətin beyninə yeritmək üçün çalışsınlar. Ona görə də mən hətta media nümayəndələrindən xahiş edərdim ki, belə məsələlərdə həssas olsunlar. Bilsinlər ki, haradan təxribat xarakterli fikirlər, mövqelər gələ bilər".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm