Qasırğadan sonra Gəncə bölgəsindən son məlumatlar
Bizi izləyin

Digər

Qasırğadan sonra Gəncə bölgəsindən son məlumatlar

Qasırğa, leysan yağışları və dolunun ölkənin qərb zonasına vurduğu ziyanlar yerlərdə hesablanır. Enerjisiz və təbii qazsız qalan şəhər və rayonlarda işlər yekunlaşmaq üzrədir. Bölgədə təbii fəlakərin vurdğu ziyan böyük olduğundan hamısınıən həlli hələ ki

Qasırğa, leysan yağışları və dolunun ölkənin qərb zonasına vurduğu ziyanlar yerlərdə hesablanır. Enerjisiz və təbii qazsız qalan şəhər və rayonlarda işlər yekunlaşmaq üzrədir. Bölgədə təbii fəlakərin vurdğu ziyan böyük olduğundan hamısınıən həlli hələ ki mümkün olmayıb. Göygöldə isə sel suları ciddi fəsadlar törədib.

Gəncə

Artıq Gəncənin elektrik enerjisi ilə bərpası tam başa çatıb. Təbii qazın verilməsində isə 90 faiz iş görülüb. Kökündən qoparaq aşan və yolları bağlayan ağaclar da əsas küçə və prospektlərdən təmizlənib. Yollarda avtomobillərin hərəkəti üçün əsaslı mane yoxdur. Qasırğa nəticəsində evləri ciddi zərər görən sakinlər şəhər icra hakimiyyətində qəbul edilib. Eyni zamanda fövqəlada hallar nazirinin müavini Orucəli Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətia yerdəki vəziyyətlə tanış olmaq üçün zərərçəkmiş məkanlarda olub, sakinlərlə görüşüb. Məlumata görə, hazırda dəymiş ziyan hesablanır.

Göygöl

Dünəndən qərb zonasında hökm sürən dolu və qasırğa Göygöl və Daşkəsənə də ciddi ziyan vurub. Göygölün Zurnabad, Çaykənd, Yenizod, Toğana, Quşçu, Qarabulaq kəndlərinə güclü dolu düşüb. Dam örtükləri və kənd təsərrüfatı doludan ciddi zərər görüb. Taxıl sahələri, meyvə ağacları və kəndlilərin əsas gəlir yeri olan moruq kolları yarasız hala düşüb. Zurnabad kəndində sel sulları yolları yuyub, evlərin hasarını uçurub.

Dağlardan yuyularaq gələn iri daşlar evlərə dolub. Rayon icra başçısının müavini Rauf Nəsirovun verdiyi məlumata görə, hazırda texnika vasitəsi ilə yollar açılır.

Daşkəsən

Daşkəsəndə isə Yağan dolu mərkəz və digər ərazilərdə sosial obyektlərin, fərdi yaşayış evlərinin dam örtüyünü sıradan çıxarıb. Bəzi avtomobillərə ziyan dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm