• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çin mafiyası “Triada” Rövşən Lənkəranskiyə qarşı

  • Digər
  • 12 İyun 2014 08:45
  • 7 996 Baxış
Çin mafiyası “Triada” Rövşən Lənkəranskiyə qarşı

Rusiya kriminalitetində durğunluq davam edir. Yeraltı dünyanın “xaç atası” Aslan Usoyan (Ded Xasan) öldürüldükdən sonra onun mirası uğrunda başlayan qanlı savaş hələ də bitməyib. Ded Xasanın tərəfdarları və rəqibləri arasındakı müharibədə bəzi avtoritetlər öldürülüb, bəziləri isə oğru “tacından” məhrum edilib.

Elə bu yaxınlarda Peterburqda “Timoxa” ləqəbli avtoritet güllələndi. Ondan əvvəl azərbaycanlı “qanuni oğru” Baxış Əliyev Odessada öldürülmüşdü. Hazırda Rusiyanın ən nüfuzlu avtoritetlərindən olan Aleksanr Severovun oğru “sxodkası”nda “vor zakon” adından məhrum edilməsi haqda xəbərlər yayıldı.

“Ded Xasan”ın qətlində ən çox adı hallanan Rövşən Lənkəranski isə Türkiyədədir. Elə srağagün Türkiyədə Lənkəranski ilə diğər azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (lotu Quli) klanı arasında baş verən atışmanın təfərrüatları haqda məlumat vermişdik. İnsident zamanı bir türk polisi də həlak olub. Yəqin ki, bu vaxtadək azərbaycanlı “qanuni oğruların” ölkədəki fəaliyyətlərinə laqeyd baxan türk polisi də artıq hərəkətə keçəcək. Hadisələr zamanı bir polisin ölümü buna siqnal ola bilər.

“Ded Xasan”ın xələfi, onun imperiyasının varisi “Miron” ləqəbli Dmitri Çanturiya isə kriminal aləmdə o qədər də böyük nüfuz sahibi deyil. Avtoritetlərdən bəziləri onu heç “vor zakon” kimi qəbul etmir.

Bir-biri ilə didişən “qanuni oğru”ların başı üstünü indi yeni təhlükə alıb.

Bu barədə ehtiyatda olan polis general-leytenantı Aleksandr Qurov danışıb. Qurovun bildirdiyinə görə, hazırda polis orqanlarını narahat edən məsələ köhnənin “qanuni oğruları” ilə bağlı deyil. Rusiyada yeni təhlükəli tendensiyalar başlayıb. Generalın fikrincə, ölkə ərazisində dünyanın ən qorxunc mafiyası olan “Triada” aktivləşib. Yüzillilklərlə tarixi olan olan Çin mafiyası artıq ənənəvi kriminaliteti Uzaq Şərqdən sıxışdırıb. Rusiyanın bu regionlarında kölgə biznesi tamamilə “Triada”nın əlindədir. Uzaq Şərqə nəzarət edən “Cemo” ləqəbli “vor zakon”un öldürülməsindən sonra çinlilər miyonlarla həmvətənlilərinin dəstəyi ilə nəzarəti ələ alıblar. Onlar ənənəvi “oğru qanunlarını” saymır, qarşılarındakı rəqib hətta “qanuni oğru”olsa belə, onu əzib keçirlər.

“Triada” üzvləri polisi, prokurorluq orqanlarını pulla ələ alırlar. Bu, onlara müyəssər olmayanda isə qətl törədirlər. Qurovun sözlərinə görə, məsələnin ən problemli cəhəti odur ki, polis orqanlarında çin dilini bilən yoxdur. Çinlilər arasında agentura şəbəkəsi olmadığından, hüquq-mühafizə orqanları onların fəaliyyəti ilə bağlı çox az məlumata sahibdirlər. “Triada”nın planları haqda heç bir məlumat yoxdur.

Bu qruplaşma isə yavaş-yavaş Rusiyanın mərkəzi rayonlarını nəzarət altına almağa başlayır. Söz yox ki, ərazilərə, kölgə biznesinə nəzarət uğrunda ənənəvi “vor zakonlar”la “Triada” arasında müharibə qaçılmaz olacaq. Artıq indidən məlumat dolaşır ki, çinlilər bütün “qanuni oğruları” izləyirlər. İstər Moskvada, istər İstanbulda, istərsə də Avropada. “Triada”nın əlləri uzundur. Onu da qeyd edim ki, “Triada” üzvləri dünyada ən qəddar mafiozlar kimi ad çıxarıblar.

İlqar Atabəyli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR