Ata lezbian qızını alana 133 mln dollar verəcək-Foto Video
Bizi izləyin

Digər

Ata lezbian qızını alana 133 mln dollar verəcək-Foto Video

Lezbiyanda kişi sevgisi doğurana 133 mln dollar mükafat

Hon Konqlu milyarder lezbian qızının sevə biləcəyi potensial nişanlı oğlanlar üçün söz verdiyi məbləği ikiqat artırıb.

20 min gənc oğlan Hon Konqdan olan əmlak biznesmeni Sesil Çaonun qızına elçi düşüb, amma nağıllarda olduğu kimi qız heç kimi bəyənməyib.

İş ondadır ki, milyarder ata lezbian qızını normal, hetereseksual həyat tərzinə qaytara biləcək kişiyə fantastik məbləğdə pul söz verir.

Bu məbləğ əvvəl 66 milyon dollar idi. Amma lezbian qız, 34 yaşlı Gigi kişi cinsindən olan heç kimi bəyənmir. 77 yaşlı əmlak maqnatı da məbləği artırıb.

Publika.az xarici mətbuata istinadən bildirir ki, Sesil Çao qızının normal ailə qurması və oğul-uşaq sahibi olmasını istəyir.

O, qızının şəxsi işlərinə qarışmaq istəmədiyini, bu işə sadəcə təkan vermək məqsədində olduğunu deyib.

Amma Gigi artıq evli olduğunu bildirir.

Öz lezbian partnyoru Şon Eav ilə o, 2012-ci ildə Parisdə evlənib.

Gigi bu barədə atasına deyib və qadın olan partnyorunu sevdiyini, onu tərk etmək istəmədiyini bildirib.

Gigi deyir ki, atası bu xəbərdən şok olub və xəbəri yaymamağı xahiş edib. Bundan sonra milyarder ata kişilərə mükafat barədə elanı verib. İndi milyarder qızı bildirir ki, ona minlərlə məktub daxil olur.

Onların arasında ABŞ-dan olan Vyetnam veteranı da var. Kişilər İstanbul, Portuqaliya, Efiopiya, demək olar ki, dünyanın hər yerindən yazırlar.

Hətta bir nəfər belə yazıb: “Mən bu təklifi qəbul etməkdə maraqlıyam. Mən kişiyəm, amma həm də geyəm”.

Gigi deyir ki, o, atasını anlayır və onun qızının xöşbəxt olmasına çalışdığını görür.

“Amma təssüf ki, atam LGBT-nin nə demək olduğunu heç vaxt qəbul etməyəcək”, deyə Gigi təəssüflə əlavə edir.

Seymur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm