Cəmil Çiçək: "İŞİD-ə qarşı hamı birgə mübarizə aparmalıdır"
Bizi izləyin

Digər

Cəmil Çiçək: "İŞİD-ə qarşı hamı birgə mübarizə aparmalıdır"

Cəmil Çiçək: "İŞİD-ə qarşı hamı birgə mübarizə aparmalıdır"

“Mosulda türk diplomatik korpusu və onların ailələri, eləcə də 31 türk vətəndaşı İŞİD tərəfindən girov götürülüb. Türkiyə hökuməti vətəndaşlarımızı azad olunması və Türkiyəyə təhlükəsiz olaraq dönməsi üçün əlindən gələn hər şeyi edir”.

Publika.Az xəbər verir ki, bu barədə TBMM sədri Cəmil Çiçək Azərbaycan Mili Məclisində çıxışı zamanı deyib. C. Çiçək türkiyənin səssiz qalmayacağını bildirib: “Bu gün biz qardaş İraqda baş verənlərdən olduqca narahatıq. İŞİD davranışlarının şiddətlə qınayırıq. Hesab edirik ki, girov götürülən türk vətəndaşları dərhal sərbəst buraxılmalıdır”.

TBMM sədri qeyd edib ki, dünya ictimaiyəti də Mosulda baş verənlərə səssiz qalmamalıdır.“Beynəlxalq ictimaiyyət baş verən terrora qarşı birgə mücadilə aparmalıdır. əgər dünya səsini çıxartmasa bunun mənfi nəticələri də göz önündədir”-deyə C. Çİçək bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm