Türk diplomatlar azad edildi: Alov-alov yanan İraqdan – SON XƏBƏRLƏR
Bizi izləyin

Digər

Türk diplomatlar azad edildi: Alov-alov yanan İraqdan – SON XƏBƏRLƏR

“İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının hücumlarına tab gətirməyən İraq ordusu Kərkükdən geri çəkilib. Nəticədə şəhərin idarəçiliyi kürd peşmərgələrinin əlinə keçib.

“İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının hücumlarına tab gətirməyən İraq ordusu Kərkükdən geri çəkilib. Nəticədə şəhərin idarəçiliyi kürd peşmərgələrinin əlinə keçib.

Publika.az xəbər verir ki, Kərkük qubernatoru Nəcməddin Kərim, İraq ordusunun Mosul və Səlahəddin kimi Kərkükü də tamamilə tərk etdiyini deyib.

Digər tərəfdən Kürd Regional Rəhbərliyinin peşmərgə naziri Cəfər Mustafanı hədəf alan bombalı hücum təşkil edilib. Kərkükün cənub-qərbindəki birlikləri ziyarətdən dönən Cəfər Mustafanın kortejinə təşkil edilən hücumda bir peşmərgənin öldüyü, nazirin isə hücumdan sağ olaraq xilas olduğu deyilir.

Ən son məlumatlara görə, İŞİD Mosuldakı türk konsulluğuna hücum zamanı girov götürdüyü türk diplomatlarını və digər Türkiyə vətəndaşlarını azad edib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm