Dünyanın ən güclü 10 mafiyası - Siyahı / FOTOLAR
Bizi izləyin

Digər

Dünyanın ən güclü 10 mafiyası - Siyahı / FOTOLAR

Dünyanın ən güclü 10 mafiyası - Siyahı / FOTOLAR

Qərb mətbuatında dünyanın ən güclü 10 mafiyası barədə məlumat verilib. Siyahıdakı yerlər ekspertlərin verdikləri rəyə əsasən formalaşıb.

Publika.az siyahını oxuculara təqdim edir.

Yamayka mafiyası

Siyahıda 10-cu yerdə ötən əsrin 50-ci illərində İngiltərəyə köçmüş yamaykalılar durur. Bu etnik qrup, əsasən, silah və narkotik ticarəti ilə məşğul olur. Ancaq qruplaşmanın zəif cəhəti budur ki, onların hakimiyyət strukturlarında təmsil olunan nümayəndələri yoxdur. Buna görə də yamaykalılar siyahıda sonuncu yerdədirlər.

Alban mafiyası

Çoxsaylı qruplaşmaları olan alban mafiyası insan alveri, qaçaqmalçılıq, maşın oğurluğu sahəsində ixtisaslaşıb. Maraqlıdır ki, alban mafiyasının tarixi XV əsrə gedib çıxır. Qruplaşmalar elə köhnə qayda-qanunlarla idarə olunur. 80-ci illərin əvvəllərindən alban mafiozları Britaniya və ABŞ-da aktivləşiblər. Qeyd edək ki, onlar qəddarlıqları ilə ad çıxarıblar.

Serb mafiyası

Səkkizinci yerdə gələn serblər dünyanın əksər ölkələrində qumar biznesinə nəzarət edirlər. Bundan başqa, sifarişli qətllər də onların inhisarındadır. Qruplaşma üzvləri arasında peşəkar killerlər çoxdur. Onların başqa bir özəlliyi də intellektual liderlərinin olmasındadır.

Bu mafiya, adətən, qarətləri Hollivud filmlərindəki ssenarilərə bənzər sxemlə həyata keçirərək polisləri çətin duruma salır.

Serb mafiyasına 30-40 qruplaşma daxildir.

İsrail mafiyası

Bu “oğlanların” əsas fəaliyyəti narkoticarət və insan alveriylə bağlıdır.

Yeganə mafiyadır ki, ABŞ-da hakimiyyət strukturlarında təmsil olunan nümayəndələri var. İsrail mafiyası siyasi sistemdə kifayət qədər möhkəmlənib.

Meksika mafiyası

Amerikada ən güclü etnik qruplaşma sayılır.

Ötən əsrin 50-ci illərində ABŞ həbsxanalarında çoxlu meksikalı məhbus vardı. Onların hüquqlarını qorumaq üçün təşkilatın yaranmasına ehtiyac yaranmışdı. Əvvəlcə təşkilat yalnız məhkumların hüquqlarını qoruyur, meksikalıların həbsxana nəzarətçiləri tərəfindən zorakılığa məruz qalmasının qarşısını alırdı. Zaman keçdikcə qrup narkoticarətlə məşğul olan mafiyaya çevrildi.

Meksika mafiozları xüsusi amansızlıqları ilə fərqlənirlər. Öldürdükləri rəqiblərinin başlarını bədənlərindən ayırmaq kimi ritualları var.

Yakudza

Yapon mafiyasının tarixi qədimlərə gedib çıxır. Bu mafiya bütün dünyada Yakudza adı ilə tanınır. Samuray və roninlərin xələfləridirlər. Qılınc gəzdirmək adəti də elə onlardan qalıb.

Yaponiyada qruplaşma üzvlərinin sayı 110, Amerikada isə 20 min nəfərdir. Əsas fəaliyyət sahələri reketçilik, insan alveri, qeyri-leqal emiqrasiya ilə bağlıdır. Təkcə fahişə alverindən ildə 400 milyon dollar qazanc əldə edirlər.

Çin Triadası

Bu mafiyanın da tarixi çox qədimlərə gedib çıxır. Dünyanın ən qəddar mafiyası kimi tanınır. Fəaliyyət sahələri bunlardır: narkoticarət, insan alveri, qanunsuz miqrasiya. Avropa İttifaqının xüsusi komissiyasının araşdırmasına görə, qitədə insan alveri sahəsində liderlik çinlilərə məxsusdur.

Mafiya ildən-ilə daha güclənir. Dünyaya səpələnmiş milyonlarla çinlinin dəstəyi ilə Triada bütün mafiyalara müharibə elan edib. Hələlik 4-cü yerdə qərarlaşsalar da, yaxın gələcəkdə onların bütün rəqiblərini sıxışdıracaqları ehtimal edilir.

Kolumbiya narkokarteli

Bu mafiya bütün dünyada məşhurdur. Kolumbiya narkokarteli haqda əfsanələr gəzir. Hollivud bu barədə onlarla film çəkib.

Kolumbiya narkokarteli ötən əsrin 60-cı illərində fəaliyyətə başlayıb. Dünyanın əsas kokain ixracatçısıdır. Nə yerli, nə də ABŞ hökuməti onlarla bacara bilir. Narkoticarətə Kolumbiya mafiyasının “Medelyin” və “Kali” kartelləri nəzarət edir.

İtaliya mafiyası

İtalyanların məşhur Cosa Nostre mafiyasının tarixi XIII əsrə gedib çıxır. O vaxt Siciliyada İtaliyanı viran qoyan fransızlara qarşı özünümüdafiə dəstələri yaradılmışdı. Fransızlara qarşı hücuma keçən italyan kəndlilər “Morete alla Francia, Italia anela!” (“Fransa öl, İtaliya nəfəs al”) çığırırdılar. Sonralar döyüş zamanı italiyalılar bu cümlədəki sözlərin ilk hərflərindən istifadə etməyə başladılar və “mafia” kəlməsi belə yarandı.

Zaman keçdikcə özünümüdafiə dəstəsində vuruşan kəndlilər əsl döyüşçüyə çevrildilər. Onlar ərazini yadellilərdən qorumaq üçün digər kəndlilərdən pul almağa başladılar. Beləliklə, ilk klanlar yarandı.

XIX əsrin sonlarında isə minlərlə siçiliyalı ölkədəki aclıq və səfalətdən baş götürüb Birləşmiş Ştatlara köçdü. Beləliklə, Amerikada bir neçə klan yarandı. O vaxtdan italiya mafiyası qumar-kazino biznesinə, insan və silah alveri və s. sahələrə nəzarəti əldən vermir.

Rus mafiyası

Sözsüz ki, ilk yer bütün dünyanı hörümçək toru kimi bürüyən rus mafiyasına məxsusdur. SSRİ dağılandan sonra sərhədlər açıldı və tezliklə Amerika və Avropada peyda olan rus mafiyası geniş fəaliyyəti ilə dünyanı heyrətə gətirdi.

Bu mafiyanın tərkibinə çoxlu etnik qruplaşmalar daxildir. Ən güclü qruplaşmaları slavyan, gürcü, azərbaycanlı, çeçen, erməni qruplaşmalarıdır.

Mafiyanın “xaç ataları” Rusiya kölgə iqtisadiyyatının 70 faizinə nəzarət edir. Bundan başqa, Kiprdə, İsraildə, Belçikada çirkli pulların yuyulması, Tacikistandan Avropaya gedən narkotrafik, Fransa və Almaniyada maşın oğurluğu sahələri də onların nəzarətindədir. Hətta Almaniyadakı nüvə materiallarının satışında da onların əlləri olub.

Amerikalı professor Luiz Şellinin hesablamalarına görə, rus mafiyasının illlik gəliri 50-150 milyard dollar arasındadır. Qruplaşma üzvləri dünyanın 50 ölkəsində fəalliyət göstərir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm