• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanı qorxudan İŞİD rəhbəri Bağdadi haqqında şok - FAKTLAR / FOTO

  • Digər
  • 14 İyun 2014 19:14
  • 8 309 Baxış
Dünyanı qorxudan İŞİD rəhbəri Bağdadi haqqında şok - FAKTLAR / FOTO

Xüsusilə son bir ildə dünya gündəmini məşğul edən “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri olaraq bilinən Əbu Bəkir Əl-Bağdadi dünya üçün yeni təhlükə hesab olunur.

2004-cü ildə qurulan terror təşkilatının bir çox liderləri olub. Lakin onlardan heç biri Bağdadi qədər “uğur” qazana bilməyib. Bu liderlərdən ikisi ABŞ tərəfindən öldürülüb.

Bağdadı İŞİD-ə rəhbərlik etməyə başladığı dönəmdən qruplaşma Suriyadakı daxili qarışıqlığı fürsət bilərək Şam torpaqlarına addım atdı. İŞİD orada Rakka başda olmaq üzrə bir çox şəhəri asanlıqla ələ keçirməyi bacardı və Əsəd rəhbərliyinə neft satacaq səviyyəyə gəldi. İŞİD-in minimum səviyyədə güc istifadə edərək Şam torpaqlarında irəliləməsi isə ağıllarda sual işarələri yaratdı. Bəs dünya gündəminə bir anda daxil olan və ABŞ-ın başına 10 milyon dollar qoyduğu bu təşkilatın lideri kimdir? Əbu Bəkir Əl-Bağdadini tanıyaq.

Kod adı “Əbu Dua”

Peyğəmbər soyundan gəldiyini iddia edən Bağdadinin ləqəbi “Əbu Dua”dır. Ailəsi Pakistanda yaşayan Bağdadinin uşaqlıq illəri İraqda keçib.

İnancı

O, Bağdad İslam Universitetində həkimlik təhsili alıb və keçmişdə professor İbrahim Avad deyə tanınıb. Vaiz, şəriət, fiqh, İslam tarixi və şeir mütəxəssisi olaraq da bilinir.

Bağdadinin yüksəlişi, İraqdakı “Əl-Qaidə”nin liderləri öldürüldükdən sonra başladı, təşkilatın başına keçdi.

O dövr təşkilat çox zəifləmişdi. Suriyada 2011-ci ildə üsyan başlayında təşkilat yenidən dirildi.

Eyni zamanda ABŞ ordusunun 2011-ci ilin sonunda İraqdan çəkilməsiylə yaranan boşluq da ona və təşkilatına yaradı. 2011-ci ildə 800 olan döyüşçülərinin sayı, 2012-ci ildə 2 min 500, 2013-cü ildə isə 10 minə çatdı.

“Əl-Qaidə” lideri Ayman Əl-Zəvahiri keçən yaz Bağdadiyə bir məktub yazaraq, İŞİD-in ləğv edilməsini və “Əl-Nusra Cəbhəsi”nə qatılmasını əmr etdi. Bağdadi isə Zəvahirinin əmrini yerinə yetirmədi.

Hazırda təşkilat Suriyada həm rejimə, həm Azad Suriya Ordusuna, həm də “Əl Nusra”ya qarşı döyüşür. Livanda da şiələrə qarşı intihar hücumları təşkil edir və İraqda Maliki hökumətinə qarşı silahlı üsyan qaldırıb.

Yoldaşlarına görə Bağdadi az danışan biridir. Gizliliyə böyük əhəmiyyət verir. Çox az adam harada olduğunu bilir. Birlikdə çalışdığı təşkilat üzvləri belə onu tanımır.

Bağdadi digər təşkilatlara qarşı sərt və inadkar şəxsiyyəti ilə seçilir. Girdiyi hər torpaqda olan qruplardan öz təşkilatına beyət etməsini istəyən Bağdadinin təşkilatı, özü xaricindəki çoxu qrupu “mürtəd” hesab edir.

Hər kəsin pulla satın alına biləcəyini düşündüyündən kimsəyə güvənmir. Hətta təşkilatdakı ilk illərində həmişə maska ​​taxaraq üzünü ən yaxınlarından belə gizlədiyi ifadə edilir.

İŞİD-in rəhbərlik heyəti

İŞİD-in idarə olunması yüksək Şura vasitəsi ilə həyata keçirilir və bu Şurada 13 komandir təmsil olunur. Komandirlərin hamısı iraqlıdır. Çünki Bağdadi, iraqlılardan başqasına güvənmədiyi üçün kimsənin Şurada təmsil olunmasını istəmir.

Oral Mədənçi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR