İlham Əliyev Səngəçalda - FOTOLAR
Bizi izləyin

Digər

İlham Əliyev Səngəçalda - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal neft terminalında olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal neft terminalında olublar.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzi ilə tanış olub.

Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu Mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib.

Terminalın ərazisində gəzinti zamanı bildirilib ki, Səngəçal terminalı haqlı olaraq Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. O, Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır. “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir.

Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.

Qonaqlar terminalla tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm