İlham Əliyev Karolos Papulyasla görüşüb
Bizi izləyin

Digər

İlham Əliyev Karolos Papulyasla görüşüb

Afinada prezident İlham Əliyevin və Yunanıstanın dövlət başçısı Karolos Papulyasın təkbətək görüşü olub.

Afinada prezident İlham Əliyevin və Yunanıstanın dövlət başçısı Karolos Papulyasın təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. İki ölkə arasında əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Azərbaycan-Yunanıstan əməkdaşlığının Avropa İttifaqı çərçivəsində də önəmi vurğulanıb. Prezident İlham Əliyevin Yunanıstana dövlət səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti bildirilib.

Söhbət zamanı ikitərəfli əlaqələr, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm