İlham Əliyevə qızıl medal verdilər - FOTOLAR
Bizi izləyin

Digər

İlham Əliyevə qızıl medal verdilər - FOTOLAR

İyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras ilə görüşü olub.

İyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras ilə görüşü olub.

Baş nazir Antonis Samaras Prezident İlham Əliyevi qarşılayıb.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edilib.

Görüşdən sonra Yunanıstanın Baş naziri Antonis Samaras tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

Qeyd edək ki, İlham Əliyev Afinada Yunanıstan Respublikası parlamentinin sədri Vanqelis Meimarakis ilə də görüşüb. Sonda Vanqelis Meimarakis Yunanıstan parlamentinin qızıl medalını Prezident İlham Əliyevə təqdim edib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm