Ölən insanların ruhları - FOTOLAR
Bizi izləyin

Digər

Ölən insanların ruhları - FOTOLAR

Ölümdən sonra həyat varmı? Bu suala insan yaranışdan bəri cavab axtarır. Bəziləri deyir ki, ölümdən sonra həyat yoxdur. Bəziləri isə iddia edir ki, ruh ölməzdir, əbədidir, öləndən sonra da kainatı dolaşmaqda davam edir. Sonuncu iddianın lehinə Qərb mətbua

Ölümdən sonra həyat varmı? Bu suala insan yaranışdan bəri cavab axtarır. Bəziləri deyir ki, ölümdən sonra həyat yoxdur. Bəziləri isə iddia edir ki, ruh ölməzdir, əbədidir, öləndən sonra da kainatı dolaşmaqda davam edir. Sonuncu iddianın lehinə Qərb mətbuatında dərc edilmiş fotoları da əlavə etmək olar. Bu fotolarda ölmüş adamların ruhları təsvir olunur.

Məktəblilərin ruhu

Texas ştatının San-Antoni qəsəbəsində, dəmiryol keçidinin yanında şahidlər gecə vaxtı dəfələrlə kiçikyaşlı uşaqların ruhunu görüblər. Sən demə, bir neçə il qabaq həmən bu yerdə məktəbliləri aparan avtobus qəzaya uğrayıb. Keçidin üstündə avtobus və yük qatarı toqquşub. Hadisə nəticəsində məktəblilərin hamısı həlak olub.

Ruhlar aləmi ilə maraqlanan Endi Çesni adlı qız gecə vaxtı dəmiryol keçidinə gedərək fotoşəkillər çəkib. Və... ruhlardan birini lentə ala bilib.

Ölümündən xəbərsiz Freddi

Freddi Cekson ötən əsrin 30-cu illərində ABŞ-da, hərbi aviasiya bazalarının birində texniki işçi idi. Elə iş başında bədbəxt hadisə zamanı keçinmişdi. Təyyarənin pəri onun başını yerindən qoparmışdı. Freddinin dəfnindən bir gün sonra aviabazaya fotoqraf gəlir. Pilotlar şəkil çəkdirirlər. Lakin çəkdirdikləri şəkli alanda dəhşətə gəlirlər. Təyyarəçilərin birinin arxasında Freddinin dumana bənzər silueti aşkar seçilirdi. Sanki Freddi öz ölümündən xəbərsiz idi və gəlib iş yoldaşları ilə şəkil çəkdirmək fikrinə düşmüşdü.

Yeznəni rahat buraxmayan qayınana

1959-cu ildə Britaniyada Mabel Çanneri adlı qadın qəbiristanlığa, öz anasının qəbrini ziyarət etməyə gedir. Onu avtomobillə aparan əri maşından düşmür. Mabelin anası elə əvvəldən yeznəsi ilə yola getmirmiş. Odur ki, yeznə maşında oturur, heç qəbri ziyarət etməyə belə getmir. Geri qayıdanda Mabel avtomobildə oturmuş ərinin fotosunu çəkir. Lenti çıxaranda kişinin rəngi ağarır. Arxa oturacaqda qayınanasının ruhu aydın görünürdü. Deyəsən, öləndən sonra da qarı yeznəsinin yaxasını buraxmaq istəmirdi.

Ayaqsız ruh

1963-cü ildə dostlarından biri texaslı Terri Kleytondan xahiş edir ki, onun fotosunu çəksin. Özü də silahla, kovboy stilində. Şəkil çəkmək üçün yeri qəbiristanlığın yanında seçirlər. Terri dostunun şəklini ağ-qara lentə çəkir. Lenti çıxaranda Terri çox təəccüblənir. Arxa fonda, qəbirlərin arasında otluqda qara şlyapalı adam vardı. Boyu çox qısaydı, sanki, ayaqları yox idi. Yaxud da belə təsəvvür yaranırdı ki, o, torpaqdan çıxır.

Üç yüz yaşlı ruh

1995-ci ilin noyabrın 19-da İngiltərəninə Vema şəhərinin bələdiyyə binasında güclü yanğın oldu. Külə dönən binaya baxmaq üçün küçəyə xeyli adam toplaşmışdı. Onların arasında yanğını çəkən Tomas Raxilli adlı fotoqraf da var idi. Qeyd edək ki, yanan bina 1905-ci ildə inşa edilən köhnə tikili idi. Lenti çıxarandan sonra Tomas fotoların birində qapının ağzında dayanan kiçik bir qızcığaz görür. Fotoqraf bu şəkli hadisənin şahidlərinə və yanğınsöndürənlərə göstərir. Lakin uşağı heç kim xatırlamır. Marağa düşən Tomas hadisəni araşdırmağa başlayır. Tarixi sənədləri gözdən keçirərkən məlum olur ki, 1667-ci ildə bu şəhərdə güclü yanğın olub. Evlərdən birində şamla oynayan Ceyn Çarm adlı kiçikyaşlı qız təsadüfən evlərini yandırıb. Yanğın digər evlərə də keçib. Ceyn yanğında ölüb. O vaxtdan qızın ruhu bu ərazilərdə dolaşır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm