• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vəhşi gözəl futbolu kişilərdən də yaxşı oynayır - FOTOLAR və VİDEO

  • Digər
  • 24 Yanvar 2014 18:55
  • 7 752 Baxış
Vəhşi gözəl futbolu kişilərdən də yaxşı oynayır - FOTOLAR və VİDEO

Xarizma, rəsim çəkmək, mahnı oxumaq, şer yazmaq kimi bir qabiliyyətdir. Yəni insan sonradan xarizmatik olmur, o dünyaya xarizmatik tipaj olaraq gəlir. Xarizma adətən kişilərə şamil edilsə də, qadınlar üçün də xarakterik xüsusiyyətdir. Bu haqda söhbəti boşuna açmadım.

Xarizması olan qadınlar dedikdə ağlıma ilk gələn adlardan biri uşaqlığımızın sevimlisi Natalia Oreyrodur. Dəlisov qadın obrazları, ən əsası dodağının üstündəki xalı onun xarizmasını müəyyənləşdirən xüsusiyyətlərdir. Əslən Uruqvaydan olan aktrisa Natalia Oreyro gözəlliyi ilə deyil, həm də yumor hissi ilə kişilərin qəlbini qazanmış, dünyanın ən seksual qadınıdır. Bu gün “9 don” layihəsi çərçivəsində, bu parlaq qadının tərcümeyi-halını və həyatı ilə bağlı maraqlı faktları təqdim edəcəyəm.

Çılğın və səmimi, fədakar və romantik kinoaktrisa, müğənni, fotomodel və bir qədər dizaynerliklə məşğul olan Natalia Oreyro 1977-ci ildə mayın 19-da Uruqvayda sadə bir ailədə anadan olub. Ailəsi düz 20 dəfə bir yerdən, başqa yerə köçüb, hətta bir müddət İspaniyada da yaşayıblar. Uşaqlığı heç nə ilə seçilməyib, dəbdəbədən uzaq və sadə həyat yaşayıb. Amma çox istedadlı olması onu fərqləndirirdi. Merlin Manro onun uşaqlıq kumiri olub. Sevdiyi “Los Ramones” rok-qrupunun konsertinə düşmək üçün valideynlərinə bir neçə gün rəfiqəsigildə qalacağını deyərək yalan danışır. Çünki konsert Çilidə keçirilirdi, orada iştirak edə bilmək isə onun üçün çox vacib idi.

Valideynlərinin gəliri az olsa da, çox xoşbəxt ailə olublar. Atası Karlos Alberto Oreyro satıcı, anası Mabel İqlesias gözəllik salonunda bərbər işləyib. Evdə anasına lazım olan bütün peşəkar ləvazimatlar var idi, amma balaca Natalia oradan yalnız güzgü qarşısında mikrofonu əvəz edən darağı oğurlayırdı.

İnadçı gözəl karyerasına on iki yaşında başlayır

Ailəsi Natalianın çox gözəl simaya və gülüşə sahib olduğunu düşünərək onu 8 yaşından teatr kurslarına göndərir. “Digər qızlar ingilis və piano öyrənirdilər. Mən də piano dərslərinə getmək istərdim, amma valideynlərim məni həmişə idmanla məşğul olmağa təlqin edirdilər”. Oreyro 4 il teatr təhsili aldıqdan sonra ailəsinin düşüncələrini təsdiqləyir və ilk reklam filminə çəkilir.

O, hələ uşaq olarkən “Coca-Cola”, “Pepsi” və “Johnson & Johnson” kimi dünyaca məşhur markaların reklamlarında çəkilməyə başlayır. İndi isə Latın Amerikasının ən uğurlu aktrisalarından biridir. Onun uğurunu izah etmək çətindir. Bəlkə də uğuru istedadın yaydığı səmimiyyətdən, bəlkə də əməksevərliyindən və məsuliyyətdən doğur. İstənilən halda o, bu uğurlara layiqdir.

1991-ci ildə Natalia 10000 latın amerikalı qız arasında braziliyalı tv ulduzu Şuşinin müxtəlif ölkələrdən televiziya proqramlarını təqdim səfərlərində müşayiəti üçün seçilir. 14 yaşlı Natalia bu şoudan sonra tanınmağa başlayır. Çəkilişlərlə paralel olaraq Natalia Buoenos Ayresdəki kastinqlərdə də öz xoşbəxtliyini axtarmaq qərarına gəlir. Onun bütün pulu demək olar ki, biletlərə gedirdi, evə isə heç bir uğur qazanmadan qayıdırdı.

Bundan əlavə, qəribə şəhərdə, tanımadığı böyük bir ölkədə özünü çox narahat və tənha hiss edirdi. 15 illiyində - ad günündə təbrikə ancaq otelin tarakanları yığışmışdılar...

1993-cü ildə möcüzə baş verir, Nati “Yüksək komediya” serialında kiçik rola çəkilir, amma maliyyə dəstəyi olmadığı üçün ekranlara çıxmır. İkinci və daha layiqli rolunu “Sözə baxmayan ürək” serialında ifa edir. Keçmiş nişanlsı Pablo Echarri ilə də bu serialın çəkiliş meydançasında tanış olub.

16 yaşı olanda ailəsindən ayrılaraq dünya ulduzu olmaq məqsədi ilə Uruqvaydan Argentinaya köçür və kariyerasını burada davam etdirir. 1995-ci ildə “Dulce Ana” adlı serialda çəkilir. Bu serial ona xüsusi şöhrət gətirməsə də, gənc uruqvaylının karyerasında böyük dönüş yaradır. 1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onun Argentina və bir çox ölkədə tanınmasını təmin edən “Ricosy famosos” (1997) filmində Valeriya rolunu oynamışdı.

Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda “Un Argentino en New York” (1998) kinosu ilə tamaşaçının qarşısına çıxır. Bundan sonra öz adını daşıyan “Natalia Oreyro” albomunu və ilk “Cambio Dolor” sinqlını buraxır, bu albom bir çox ölkələrdə satış rekordu qırır. Dediyinə görə, gözəl səsi anasından miras qalıb. Təxminən iki milyon nüsxə tirajla, satılan “Cambio dolor”, Me muero de Amor” sinqlları sayəsində tez bir zamanda dünyada tanınmağa başlayır. Argentina və Avropa ölkələrində hər gün efirə verilən “Muneca Brava” (1998-1999) adlı filmin musiqisi olub.

1999-cu ildə Te Le Fe kino studiyasının çəkdiyi “Vəhşi mələk” serialına dəvət alır. Hansı ki, baş rolu oynadığı Milqaros xarekteri dünyada da sevilir. Çoxları aktrisanı hələ də bu adla xatırlayır və hesab edirlər ki, Facundo Arono onun real nişanlısıdır. Məhz bu serial aktrisaya beynəlxalq səviyyədə şöhrət gətirir, musiqi yaradıcılığına olan marağı gücləndirir.

Bu müddət ərzində Natalianın həyatı çox dəyişir. Nişanlısı Pablo Eççari ilə birdəfəlik ayrılır və depressiyaya düşür. O, təkcə həyatını yox, imicini də tamamilə dəyişir: qara saçlarını rəngləyir, kürən olur və kəkil kəsdirir. Çoxlu səmimi fotosessiyalar etdirməklə kişi fanatlarını sevindirir.

Şən uruqvay gözəlçəsini argentinalı həmkarları “Oreyro Qasırğası” adlandırırlar. Artıq Avropanı fəth edən gözəl ayrılıq acısını, keçmiş nişanlısını çoxdan unutmuşdu. “Mən kifayət qədər emosional olsam da, heç kimlə münaqişəm olmayıb”.

“Muneca Brava” filmindəki rolu ilə 1998 və 1999-cu illərdə iki dəfə Martin Fierro Mükafatlarında “Ən yaxşı qadın aktrisa” nominasiyasında mükafatlandırılır. 2000-ci ilin yanvarında “E! Entertainment Television” tərəfındən “İlin ən məşhur aktrisası” seçilir. Natalia, ikinci albomu olan “Tu Veneno” ilə musiqi kariyerasına davam edir və albomunu “Gala de la Hispanidad”, “Gala de Murcia”, “Festival de la Calle 8” adlı festivallarda daha da məşhurlaşdırır.

Don Francisco tərəfindən təqdim olunan, reytinqli latın tv şou proqramı olan “Sabado Gigante İnternacionalda” albomu tanınır.

2000-ci ildə Şilidə keçirilən festivalda “İlin kraliçası” seçilir.

Üçüncü albomu olan “Turmalina”, 2002-ci ildə təqdim olunur. Super qəhrəman obrazı ilə dinləyicilərin qarşısına keçən Natalia, ilk dəfə bu albomunda söz və bəstələrin müəllifiyini edir. Bəzi mahnılar üslubuna görə, alternativ roka yaxın olsa da, əvvəlki musiqi üslubunun da meyilləri saxlanılıb.

2006-ci ildə tərəf müqabili Facundo Arano ilə hər axşam Argentinanın “Channel 13” kanalında efirə çıxan “Sos Mi Vida” adlı filmdə də baş rolu oynayır.

Natalia Oreyro Rusiyada da çox sevilir və “Tanqo ritmi” serialına çəkilib. 2001-ci ildə Moskvada “Yüz Pudluq Xit” mükafatı Natiyə təntənəli şəkildə təqdim olunur. Sonra isə rus dilində mahnı ilə pərəstişkarlarını sevindirir.

Moda biznesi

Nati bəzək-düzəyə, modaya pərəstiş edir! Uşaqlıqda o, böyük həvəslə gəlinciklərə paltarlar tikərdi, tikiş məktəbini bitirdikdən sonra artıq özü üçün düşünüb, daha orijinal modellər yaradır. Uşaqlıq həvəsi zaman keçdikcə gəlirli biznesə çevrilir: bacısı ilə birlikdə təkcə Latın Amerikasında deyil, başqa ölkələrdə də uğurla satılan qadın geyimləri “Las Orerio” markasını təsis edirlər. “Sənətim hər şeydən əvvəl gəlir, amma ailəm yanımda lazım idi və bu marka mənə birləşməyə imkan verdi. Əslində isə geyim markası açmaq bacımın arzusu idi. Qalan hər şeyi mən hobbi kimi qəbul edirəm”.

Cazibədarlıq sirləri

Təxminən 10 ildir ki, Natalia süd vegeterian pəhrizini saxlayır, hansı ki, ənənəvi tibbdən oğurlanıb. O, ət, qazlı su və başqa ağır qidalardan tamamilə imtina edib. Nəticəsi göz qabağındadır: mükəmməl fiqura və sağlam həyat tərzi. Makiyajla yüklənməyi xoşlamadığı üçün filmlərdə də, həyatda da yüngül makiyajdan istifadə edir.

“Mən şokoladı və makaronu çox sevirəm. Amma hər şey qədərində olmalıdır. Çəkiliş vaxtı ümumiyyətlə, az yeyirəm. Çəkilişlər - ən yaxşı pəhrizdir”.

Tanqo rəqslərinin həvəskarıdır. Aktrisa hesab edir ki, tanqo ən yaxşı sevgi dilidir. “Əgər insan sevir və bu barədə danışmaq istəmirsə, sözlər şərt deyil. Bunu rəqsin köməyi ilə də ifadə edə bilər”.

O, təkrarolunmaz və orijinal stil sahibidir. Geyimlərində öz dəsti-xətti hiss olunur, ən əsası da heç kimi təqlid etmir. Rəngləri qarışdırmağı xoşladığı dəlisov xarakterindən xəbər verir. “Alexander McQueen dünyasını dəyişəndə çox kədərlənmişdim, çünki o markanı çox bəyənirəm. Alış-veriş etməkdən zövq alıram. Amma etiraf edirəm ki, büsqalter istifadə etmirəm”.

Vəhşi mələk və futbol

Gözəl latın amerikalının iştirak etdiyi seriallara və kliplərə nəzər salsaq, topun əlindən düşmədiyini, futbolu oğlanlardan yaxşı oynadığını müşahidə edə bilərik. Bu heç də təsadüfi deyil, Nati ehtiraslı futbol azarkeşidir. Uruqvay yığması 2002-ci ildə ona, hətta “komandanın xaç anası” olmağı təklif etmiş o da razılaşmışdı.

İctimai fəaliyyəti

Natalia aktiv ictimai fəaliyyəti və mövqeyi ilə fərqlənir. 2010-ci ildə o, azsaylı məşhurlardan biri idi ki, cinsi azlıqların nikahlarının leqallaşdırılmasına görə çıxış edir və onların övladlığa götürmək hüquqlarını dəstəkləyir. 2011-ci ildə isə Argentinada və Uruqvayda xoşməramlı səfir təyin olunur.

Ayrılmaz cütlük

Natalya həyat yoldaşı Rikardo ilə yoqa məşğələlərində tanış olur və 2002-ci ildə ona ərə gedir. Onlar Fernando de Noronha adasında evlənirlər. Rikardo Mollo Argentinanın ən yaxşı gitaristlərindən “Divididos” rok qrupunun lideridir. Fasiləsiz işləyən Natalianın yeganə istirahət yeri - sevimli əri Rikardo ilə evidir. Onu da qeyd edim ki, ayrılmaz cütlükdürlər, aralarından heç su də keçmir. Uzun müddət övladları olmasa da, aktrisa ümidini bir an olsa, kəsmir: “Uşaq hər bir qadının həyatında olmalıdır. Mənim də mütləq övladım olacaq!”

2012-ci il yanvarın 26-də Natalia Oreyro axır ki, ana olur. Uşağa Merlin Ataualpa adını veriblər. Natilia 35 yaşında, Rikardo isə 54 yaşında ata olur. Ailə sevgisini qorumağın yeganə düsturunu belə izah edir: “Bütün sirr hörmətdə və qarşılıqlı anlaşmamadır. Əslində müsahibə verəndə həmişə bir şey üzərində işləyirəm: film, moda nümayişi, tele-şoular haqqında danışmağa çalışıram. Mətbuata şəxsi həyatım haqqında danışmamışam. Mümkün qədər nəzakətli olmağa çalışıram, təəssüf ki, elə adamlar var ki, evimin içinə soxulub şəxsi həyatımı gündəmə gətirmək istəyirlər”.

Çevirdi: AYTƏN

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR