Əli Abbasov iranlı nazirə görün nə hədiyyə etdi - VIDEO
Bizi izləyin

Digər

Əli Abbasov iranlı nazirə görün nə hədiyyə etdi - VIDEO

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İrana rəsmi səfər edib.

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İrana rəsmi səfər edib.

Səfər İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizinin dəvəti ilə baş tutub. İki günlük səfər zamanı tərəflər rabitə və informasiya texnologiyaları haqqında mövcud əməkdaşlığın artırılması və əməkdaşlığın gələcək prespektivləri məsələləri müzakirə edilib.

Səfərin birinci günündə tərəflər iki ölkənin özəl sektorları arasında əməkdaşlığın artırılması, radio və televiziya sahəsində beynəlxalq aləmdə əlaqələrin genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmini ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər Azərbaycan, İran, Turkiyə və Qırğızıstan arasında təcili pul köçürmə sistemlərinin təşkilini də aydınlaşdırıblar. İlin sonunadək iki ölkənin poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi bildirib ki, "Səfər çərçivəsində biz müxtəlif iki tərəfli və regional məsələləri müzakirə edib, danışıqlar aparırıq. Digər tərəfdən razılaşdıq ki, iki ölkə arasında müştərək komissiyanın gələcək iclasını avqustun 13 və 14-də Bakıda keçirək”.

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov qeyd etdi ki, "Azərbaycan və İran böyük neft-qaz ehtiyatlarına malikdir və onların iqtisadiyyatı müəyyən qədər təbiət sərvətlərdən asılıdır. Hər iki ölkənin gələcəkdə əsas perspektivi olan yüksək texnologiya istiqamətində bizim fikirlərimiz və arzularımız üst-üstə düşür".

Qeyd edək ki bu səfər çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun İranın Elm, Tədqiqat və Texnologiya naziri Rza Fərəci Dananla da görüşü oldu. Əli Abbasov Azərbaycanda istehsal olunan AzPad planşetini İranlı həmkarına hədiyyə etdi.

Həmçinin səfərin ilk günündə “İran-Azərbaycan: Yüksək Texnologiyaların Biznes Forumu” da keçirildi.

Forum hər iki tərəfi təmsil edən sahibkarlar arasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır. /Ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm