• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Barak Obamanın gizli ordusu - FOTOLAR

  • Digər
  • 19 İyun 2014 08:13
  • 4 433 Baxış
Barak Obamanın gizli ordusu - FOTOLAR

ABŞ-ın elit hərbi hissəsi“dəniz pişikləri” haqda əfsanələr gəzir. Sirr deyil ki, ən çətin tapşırıqlar, hətta yerinə yetirilməsi mümkün olmayan məsələləri Amerika prezidentləri məhz onlara həvalə edir. Elə prezident Obama da.

Məsələn, 2009-cu ildə Somali piratları “Maersk Alabama” adlı yük gəmisinin amerikalı kapitanı Riçard Filippsi girov götürdülər. Hadisə ABŞ-da həyəcanla qarşılandı. Girovu azad etmək və sağ-salamat ailəsinə təhvil vermək Obama üçün bir sınaq, bir prestij məsələsi idi. Prezident bu çətin tapşırığın həllini xüsusi təyinatlı elit hərbi birləşməyə –“dəniz pişikləri”nə həvalə etdi.

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Hind okeanına kiçik bir donanma göndərir. 2009-cu ilin 12 aprelində, hava qaralandan sonra “dəniz pişikləri”nin snayperləri qayıqla piratların gəmilərinə yaxınlaşırlar. Səssiz-səmirsiz gecəgörmə cihazları ilə pirat gəmisindəki hadisələri izləyib əlverişli məqamı gözləyirlər. Nəhayət ,snayperlər göyərtədə silahla gəzişən 2 piratı aydın seçirlər. Kapitan Filipsə silah dirəyən 3-cü piratın da başını illüminatordan hədəfə alırlar. Eyni anda atəş açılır. Vəssalam, 3 güllə, 3 ölü pirat. “Dəniz pişikləri” pirat gəmisinə hücum edir. Riçard Filips azad edilir. Yerdə qalan piratlar da öldürülür.

Əkiz qüllələrdə 2001-ci ildə baş verən terror aktlarından sonra ABŞ xüsusu əməliyyatlar üçün hərbi xərcləri 2 dəfə artırıb. Hazırda bu rəqəm 10 milyard dollara yaxındır. Xüsusi təyinatlılar dünyanın istənilən nöqtəsində əməliyyat aparırlar. Ən məxfi məsələlər məhz onlara həvalə edilir.

2011-ci ildə “dəniz pişikləri” dünyanın bir nömrəli terrorçusu Üsamə Bin Ladeni zərəsizləşdirdilər. Bundan əvvəl isə xüsusi təyinatlılar 2009-cu ilin sentyabrında daha bir uğurlu əməliyyat keçirmişdilər.

O vaxt Amerika kəşfiyyatına məlumat daxil oldu ki, “Əl Qaidə”nın ən nüfuzlu komandirlərindən olan Saleh Əli Nabxan Somali səhrasından maşınla keçəcək. Onu burada mülki əhaliyə zərər vermədən diri ələ keçirmək, yaxud zərərsizləşdirmək olardı. Ancaq ABŞ ordusunun qərargahında tərəddüd edən generallar var. Bu tərərddülər əsassız da deyildi. 1993-cü ildə elə həmin Somalidə əməliyyat keçirən amerikalılar fiaskoya uğramışdılar. Uğursuz əməliyyat zamanı 18 ABŞ hərbçisi həlak olmuşdu.

Nəhayət, Obama şübhələri bir kənara qoyub qərar verir.Əməliyyat planını təsdiq edir və əməliyyatı keçirməyi “dəniz pişikləri”nə həvalə edir.

Səhəri gün Afrika sahillərindəki ABŞ hərbi gəmilərindən içində xüsusi təyinatlılar olan bir neçə helikopter Somaliyə tərəf uçur. “Dəniz pişikləri” Nabxanın içində olduğu avtomobil karvanını tapır və atəşə tutur. “Əl Qaidə” komandiri məhv edilir. Onun qalıqları isə DNK analizi üçün götürülür.

Xüsusi təyinatlıların bu cür əməliyyatları çoxdur. Ancaq Obamanın bu gizli ordusunun fəailiyyəti haqda materiallar məxfi saxlanılır. Görünən odur ki, qarşıdakı illərdə “dəniz pişikləri” daha da fəallaşacaq.

ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Ulyam Makreyven Asiya, Afrika, Latın Amerikasında daha effektiv əməliyyatlar keçirmək üçün xüsusi təyinatlılara ayrılan hərbi xərclərin artırılmasını tələb edib. Əməliyyatların effektliyini nəzərə alsaq, ABŞ hökumətinin bu tələbə isti yanaşacağını təxmin etmək olar.

İlqar Atabəyli

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR