İŞİD işğal etdiyi ərazilərdə “Tövbə kart”ları paylayır
Bizi izləyin

Digər

İŞİD işğal etdiyi ərazilərdə “Tövbə kart”ları paylayır

İraqı qarış-qarış işğal edən “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı yerli əhaliyə qəribə davranış qaydaları tətbiq edir. Bunlardan biri isə “Tövbə kartı”nın palyanmasıdır.

İraqı qarış-qarış işğal edən “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı yerli əhaliyə qəribə davranış qaydaları tətbiq edir. Bunlardan biri isə “Tövbə kartı”nın palyanmasıdır.

İraq ordusunun keçmiş zabitlərindən biri “Anadolu” agentliyinə bildirib ki, Mosulun Əl-Vahdə qəsəbəsindəki məscidlərdən birində tövbə edib və İŞİD-in şəriət komissiyasının çıxardığı qərarla “Tövbə kartı” alıb:

"Bu kart İŞİD üzvləri tərəfindən uzun bir prosesdən sonra məscidlərdə verilir. Otaqların birində maskalı bir adam məndən şəxsi məlumatlarımı soruşdu. Digər otaqda isə başqa suallara cavab verdim. Adım və soyadım, telefon nömrəm, ev və iş ünvan məlumatlarım yazıldı. Daha sonra şəriət komissiyasının imzaladığı “Tövbə kartı”nı aldım.

Zabit əlavə edib ki, yüzlərlə polis, əsgər və digər dövlət orqanlarında çalışmış şəxslər canlarını qurtarmaq üçün məscidlərə axın edərək “Tövbə karı” alırlar.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm