Kolumbiya - Kot`D-İvuar 2:1 - YENİLƏNİB
Bizi izləyin

Digər

Kolumbiya - Kot`D-İvuar 2:1 - YENİLƏNİB

Braziliyada dünya çempionatı həyəcanı davam edir. Bu gecə daha 3 oyun baş tutacaq.

Braziliyada dünya çempionatı həyəcanı davam edir. Bu gecə daha 3 oyun baş tutacaq.

Öncə C qrupunda Kolumbiya Kot`D-İvuarı sınağa çəkəcək. İlk matçlarında qalib gələn iki milli bu dəfə kimin ən güclü olduğunu müəyyənləşdirməyə çalışacaq. Sözügedən komandalar tarixləri ərzində ilk qarşılaşmalarını mundialda keçirəcək. Matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

Ardınca D qrupunun oyunu baş tutacaq və İngiltərə Uruqvayla üz-üzə gələcək. İlk turda məğlub olan komandaların qarşılaşması hər iki tərəf üçün vacibdi. Qalib tərəf 1/8 final uğrunda mübarizəni davam etdirəcək.

Gecə saat 03.00-da isə C qrupunun ikinci matçına start veriləcək. Bu qarşılaşmada Yaponiya Yunanıstanla görüşəcək. Kolumbiya ilə görüşdə 0:3 hesabı ilə məğlub olsalar da, zəif təsir bağışlamayan yunanların asiyalılara qalib gələcəyini proqnozlaşdıran çoxdu. Hərçənd “samuraylar” da asan yemə bənzəmir.

DÇ-2014

Qrup mərhələsi

19-20 iyun

C qrupu

21.00 Kolumbiya - Kot`D-İvuar

Kolumbiya: Davi Ospina, Kristian Sapata, Mario Yepes (k), Karlos Sançes, Pablo Armero, Abel Aqilar, Teofilio Quterres, Ceyms Rodriqes, Xuan Kuadrado, Viktor İbarbo, Xuan Kamilo Suniqa.

Ehtiyat oyunçular: E: Kamilo Varqas, Fərid Mondraqon, Santiaqo Arias, Eder Balanta, Karlos Valdes, Karlos Karbonero, Fredi Quarin, Aleksander Meyia, Xuan Quyntero, Adrian Ramos, Cekson Martines.

Baş məşqçi: Jose Pekerman.

Kot`D-İvuar: Barri Kopa, Artur Boka, Didye Zokora, Tyote Şeyk, Jervinyo, Vilfrid Boni, Maks Qradel, Serge Auryer, Yaya Ture (k), Di Serey, Suleyman Bamba.

Ehtiyat oyunçular: Silvain Qbohouo, Sayuba Mande, Ousmane Viera, Kolo Ture, Jean-Daniel Akpa-Akpro, İsmael Diomande, Konstant Cakpa, Matis Bolli, Salomon Kalu, Didye Droqba, Covanni Sio.

Baş məşqçi: Sabri Lamouçi.

Hakimlər: Hovard Uebb, Mixael Mullarkey, Darren Kann (İngiltərə), Viktor Hüqo Karrillo (Peru).

Braziliya. “Nasional" stadionu.

D qrupu

00.00 Uruqvay - İngiltərə

Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Karlos Yuste (İspaniya), Əlirza Fəqani (İran).

San-Paulo. “Arena Korintians”.

C qrupu

03.00 Yaponiya - Yunanıstan

Hakimlər: Xoel Aqilar, Villiam Torres, Xuan Zumba (El Salvador), Norbert Hauata (Taiti).

Natal. “Arena das Dunas”.

YENİLƏNİB

İlk top 64-cü dəqiqədə James Rodriguez tərəfindən vurulub. Juan Quintero 70-ci dəqiqədə hesabı 2-0 edib. Fil Dişi Sahilinin yeganə qolunu 73-cü dəqiqədə Gervinho vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm