Hitlerin axtarışında: Fürer 1956-cı ilədək sağmış? - FOTOLAR
Bizi izləyin

Digər

Hitlerin axtarışında: Fürer 1956-cı ilədək sağmış? - FOTOLAR

Xəbəriniz varmı ki, II dünya müharibəsində qalib gələn müttəfiq ölkələr uzun müddət Adolf Hitleri axtarıblar. Yəni, rəsmi olaraq onun ölümü yalnız 1966-cı ildə təsdiqlənib. Bu müddət ərzində isə, Almaniyanın bütün şəhərlərində divarlara fürerin fotorobotl

Xəbəriniz varmı ki, II Dünya müharibəsində qalib gələn müttəfiq ölkələr uzun müddət Adolf Hitleri axtarıblar. Yəni, rəsmi olaraq onun ölümü yalnız 1966-cı ildə təsdiqlənib. Bu müddət ərzində isə Almaniyanın bütün şəhərlərində divarlara fürerin fotorobotları vurulurdu. Hitlerin zahiri görkəmini necə dəyişdirə biləcəyini ehtimalını özündə ehtiva edən şəkillər hazırlanmışdı.

SİTA-nın məlumatı

1945-ci ilin mayın 1-də gecə vaxtı Stalini telefon zəngi ilə oyatdılar. Zəng edən marşal Jukov idi. O xəbər verirdi ki, 8-ci qvardiya ordusunun komandanı general V.Çuykovun qərargahına alman parlamentarisi gəlib. Alman quru qoşunlarının generalı Hans Krebs ellər atasına ünvanlanmış məktub gətirmişdi. Məktubun içində Göbbelsin imzaladığı müraciət vardı. Orada Hitlerin intihar etdiyi xəbər verilirdi. Həmçinin müraciətdə sülhün imzalanması üçün şərtlər açıqlanırdı.

Jukov xatirələrində yazırdı ki, Stalinin bu xəbərə ilk reaksiyası təmkinli olub : ”Nəhayət. Heyif ki, əclafı diri ələ keçirə bilmədik”. Lakin Stalin dərhal Jukovdan fürerin cəsədinin harada olduğunu soruşur. Marşal cavab verir ki, Krebsin sözlərinə görə, cəsəd tonqalda yandırılıb.

Görünür, Stalin bu xəbərə inanmır. Artıq səhəri gün qəzetlərdə Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA - rusca TASS) məlumatı yayılır: “Hitlerin ölümü haqda yayılan məlumatlar faşistlərin yeni dezinformasiyasıdır. Onlar bu yolla onun siyasi səhnədən itməyini istəyirlər”.

SİTA belə bi məlumat yayırdısa, demək, Stalin fürerin ölüm xəbərinə inanmamışdı.

Hopkinsin xahişi

1945-ci il mayın 25-də Moskvaya sabiq ABŞ prezidentinin məsləhətçisi Harri Hopkins gəlir. Səhəri gün Stalin onu öz iqamətgahında qəbul edir. Görüşdə SSRİ tərəfdən Molotov, ABŞ tərəfdən səfir Harriman iştirak edir.

Məlum olur ki, yeni prezident Trumenin, təmsilçisi Harri Hopkinsi Moskvaya qeyri-rəsmi səfərə göndərməsinin səbəbi Polşanın bölüşdürülməsi məsələsi ilə bağlı Sovet İttifaqı və ABŞ arasında yaranan gərginliyin aradan qaldırılmasıdır. Amma amerikalıları yalnız Polşa məsələsi narahat etmirdi. Hopkins sözarası deyir ki, Amerika hökuməti rusların Hitlerin cəsədini tapacaqlarına ümüd edir. Buna cavab olaraq Stalin bildirir ki, böyük ehtimalla, Hitler ölməyib, haradasa gizlənir. Onun ölümü, meyitinin yandırılması və s. haqda şayiələr, məlumatlar həqiqətə oxşamır. Stalin əmin idi ki, Hitler, Göbbels, Borman sağdırlar və haradasa gizlənməyə nail olublar.

Hopkins Stalinlə həmfikir olduğunu deyir və əlavə edir ki, almanların çoxlu sayda sualtı qayıqları olub. İndi isə onların izi-tozu da qalmayıb.

Stalin cavabında belə deyib: “Bunu bilirəm, almanlar bu qayıqlarla bütün sərvətləri, qızılları Yaponiyaya daşıyırdılar. Kəşfiyyatımız bu haqda məlumat verib. Ancaq indi biz də o qayıqların izini tapa bilmirik. Ola bilsin ki, Hitler və ətrafındakılar elə Yaponiyada gizləniblər”.

Ölü hesab edilsin

Bu görüşdən sonra ABŞ, SSRİ, Böyük Britaniya kəşfiyyatçıları Hitlerin axtarışıyla bağlı bütün dünyanı ələk-vələk edirlər. ABŞ məxfi xidmətinin rəssamı isə Adolf Hitlerin 6 variantda portretini hazırlayır. Bu şəkillərdə diktatorun zahiri görkəmini dəyişdirəcəyi halda necə görünəcəyi təsvir olunurdu. Bu şəkillər düz 1956-cı ilədək Almaniya və Avstriyanın bütün şəhər, qəsəbə, kəndlərində divarlara vurulmuşdu.

Amma axtarışlar nəticə vermədi. Nəhayət, 50-ci illərdə SSRİ, Fransa, ABŞ, İngiltərə Hitlerin öldüyünü təsdiqləyir. Çünki onun sağ qalması barədə heç bir dəlil yox idi.

Formal olaraq, 1956-cı ildə Almaniyanın Berxtexsqdan şəhər məhkəməsi (fürerin yay rezidensiyası bu şəhərdə yerləşirdi) 48 şahidin ifadəsindən sonra Adolf Hitlerin öldüyüı barədə açıqlama verir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm