Silahlı Qüvvələr Günü ilə bağlı NATO-da rəsmi qəbul
Bizi izləyin

Digər

Silahlı Qüvvələr Günü ilə bağlı NATO-da rəsmi qəbul

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Brüssel şəhərində NATO Mənz

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Brüssel şəhərində NATO Mənzil Qərargahında rəsmi qəbul keçirib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən məlumata görə, tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin səfirləri və diplomatik korpusun digər üzvləri, hərbi nümayəndələri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının əməkdaşları, İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanında Daimi Müşahidəçi Missiyasının rəhbəri, Azərbaycanın Belçikadakı Səfirliyinin əməkdaşları və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.

Qəbul zamanı Azərbaycana dair təbliğat materialları nümayiş etdirilib və qonaqlara milli mətbəxin nümunələri təqdim olunub /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm