Elman Nəsirli: “Müxalifətin bu yanaşması onların tükənməsi deməkdir”
Bizi izləyin

Digər

Elman Nəsirli: “Müxalifətin bu yanaşması onların tükənməsi deməkdir”

“Azərbaycanda analitik düşüncə qabiliyyəti yoxdur, bu sahədə çatışmazlıqlar var demək yanlışdır. Eyni məntiqlə müxalifət və orda təmsil olunan “analitikləri” də ittiham etmək olar. Burda nihilizm var”.

Bu barədə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli Publika.az-a açıqlamasında müxalifət tərəfindən “Milli Strateji Düşüncə Mərkəzi”nin təsis olunması zamanı Azərbaycanda bu sahədə çatışmazlıqların olması haqda fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifətin yanaşması yanlışdır: “Onlarda belə fikir var ki, bu və ya digər şəxs iqtidar mövqeyindən çıxış edirsə, deməli, onun savadı təhsili, analitik qabiliyyəti yoxdur. Analitikaya, qlobal düşüncəyə malik olanlarsa məhz onlardır. Özünü hamıdan üstün tutan bu düşüncənin sahibi əslində tükənib. Dayaz, yarımçıq insanlar özləri haqda yüksək fikirdə olurlar. Hesab edirəm ki, bu cür düşünmək insana hörmət gətirmir”.

E. Nəsirli qeyd edib ki, 1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycanda dünyanın böyük dövlətlərində formalaşmış strateji beyin mərkəzlərinin yaranacağını gözləmək, mövcud mərkəzlərdən yüksək standartlar tələb etmək doğru olmaz: “Bizim millətimiz istedadlı millətdir və böyük istedad sahibləri dünyaya gətirib. Azərbaycan xalqı müasir dünyamızın ən böyük simalarından olan Heydər Əliyevi dünyaya gətirib. Azərbaycanda potensial imkanlar var, millət istedadlıdır. Amma klassik beyin mərkəzlərinin formalaşması üçün müəyyən şərait və zaman lazımdır. Bizdə bu gün beyin mərkəzləri QHT, yaxud dövlət qurumu kimi fəaliyyət göstərir. Amma hesab edirəm ki, onların koordinasiyasına ehtiyac var. Eyni zamanda xaricdə təhsil almış dil bilən, intellektual, analitik düşüncəyə malik gəncləri bir araya gətirmək, xalqımızın, dövlətimizin inkişaf strategiyası istiqamətində çalışmaq, Ermənistanın təcavüzünü dünyaya çatdırmaq məsələsində daha ciddi işlər görməyə ehtiyac var”.

E. Nəsirli hesab edir ki, ortada potensial və dövlət qayğısı var. Onun sözlərinə görə, əgər bu və ya digər formada qüsur, nöqsan varsa, bunun həlli istiqamətində çalışmaq lazımdır.
“Amma analitik düşüncənin olmadığını demək erməni dəyirmanına su tökmək kimi bir şeydir”,– deyə politoloq qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm