Digər
Kəmaləddin Heydərov Mark Herevardla görüşdü
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə missiyası başa çatan qonağa gələcək fəaliyyətində uğurlar arzulayıb, bu təşkilatla Fövqəladə Hallar Nazirliyi arasında həyata keçirilən birgə layihələrdən bəhs edib. Qeyd edib ki, İki gün əvvəl “Təhsil sahəsində tərəfdaşlar” adlı layihə çərçivəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF arasında Fəaliyyət Planının imzalanması da göstərir ki, bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.
Mark Herevard UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, ölkəmizdən xoş təəssüratla ayrıldığını bildirib.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...